Lenovo-dan 4K ekranlı noutbuklar

19-08-2015 / 13:28

İntel Skylake Xeon prosessorları ilə təchiz olunan yeni Lenovo ThinkPad P50P70 modelləri təqdim olunub.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Lenovo iş yeri sahələri üçün ThinkPad P50 P70 modellərini təqdim edib. Bu modellər ən çox mühəndislik və memarlıqla məşğul olan istifadəçilər üçün nəzərdə tutulub.

Lenovo ThinkPad P50 və P70 modelləri VI nəsil İntel Skylake prosessoru ilə təchiz olunub. Bundan başqa  hər iki model dünyada yegane noutbukdur ki, 64 GB RAM-la təchiz olunub. Sensor ekrana malik P50 və P70 modelləri 4K Ultra HD keyfiyyətində görüntü təqdim edir. Hər iki model  1TB SSD yaddaşa malikdir. 2.5 kq çəkidə olan P50 modeli 15.6 düymlü ekrana, 3.4 kq çəkidə olan P70 modeli isə 17 düymlü ekranla təchiz olunub.

İlk olaraq Amerika bazarında satışa təqdim olunacaq P50 modeli 1600 dollar, P70 isə 2000 dollar məbləğində olacaq.

                 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.