“IFA 2015” də təqdim olunan ağıllı saatlar

07-09-2015 / 13:18

Dünyanın ən böyük texnologiya sərgilərindən olan “IFA 2015” də tanınmış İT şirkətləri texnoloji məhsullarının tanıtmağa davam edir.

Xeberler.az sərgidə təqdim olunan ən yaxşı ağıllı saatları təqdim edir:

Moto 360

Motorola-nın ötən il təqdim etdiyi ilk dairəvi ekranlı ağıllı saatı Moto 360  “IFA 2015”də yeni 2 modeldə təqdim olunub. Yeni Moto 360 (2015)Moto 360 Sport modelləri qadınlar və kişilər üçün müxtəlif formalarda hazırlanılıb.

Android və İOS platformalarında işləyən Moto 360 (2015) Snapdragon 400 prosessoru, 512 MB əməli yaddaş və 4 GB daxili yaddaşla təchiz olunub. Moto 360 (2015) modeli Bluetooth 4.0 və Wi-Fi 802.11 b/g əlaqələrini də dəstəkləyir.

Qeyd edək ki, akselometr, işıq sensoru, optik ürək sürəti monitoru (PPG) kimi funksiyalara sahib olan Moto 360(2015) IP67 sertifikatına layiq görülüb.

Samsung Gear S2

Cənubi koreya şirkəti Samsung Gear ağıllı saat ailəsinin yeni modeli Gear S2 modelini sərgidə təqdim edib. Gear S2, Gear S2 Classic modellərində təqdim olunan saatlar gözəl görünüşə malikdir.

Texniki parametrlər tərəfdən fərqlənməyən modellər dizayn və istifadəsi baxımından bir-birilərindən fərqlənir. Belə ki, 1.2 düymlü Super AMOLED ekrana sahib olan Gear S2, 360x360 piksel ekran təqdim edir. 2 nüvəli 1GHz prosessora sahib olan Gear S2, 512 MB əməli yaddaş və 4 GB daxili yaddaşla təchiz olunub.

Tizen əməliyyat sistemi ilə işləyən Gear S2, 250 mAh batareya gücünə malikdir.

Huawei Watch

Çin istehsalçısı Huawei ilk olaraq MWC 2015-də təqdim etdiyi Huawei Watch saatını “IFA 2015”də bir daha təqdim edib.

Huawei Watch 1.4 düymlü 400x400 piksel ekranla təchiz olunub. Snapdragon 400 prosessoru ilə işləyən saat 512 MB əməli yaddaş və 4 GB daxili yaddaşa malikdir. İOS platformasına uyğun işləyən ağıllı saat 300 mAh batareya gücündədir.

Olduqca müasir görünən Huawei-in ağıllı saatının bu dəfə satışa çıxış tarixi və qiyməti də açıqlayıb. Qeyd edilib ki, sentyabr 18-də satışa çıxarılacaq ağıllı saat 349 dollar və 799 dollar məbləğində olacaq.

Asus ZenWatch 2

Asus ZenWatch 2 adlı saatını iki modeldə “IFA 2015” sərgisində təqdim edib. Asus ZenWatch 2 , 4 nüvəli Snapdragon 400 prosessoru ilə, 512 MB əməli yaddaş və 4 GB daxili yaddaşla təchiz olunub.

Modellər yalnız batareya və ekran ölçüsünə görə biri-birindən fərqlənir. 1.63 düymlü ekrana malik olan model 400 mAh batareya gücü ilə təchiz olunub. Digər model isə 1.45 düymlü ekranla və 300 mAh batareya gücünə sahibdir.

1.45 düymlü ekrana sahib model 167 dollar, 1.63 düymlü ekran isə 190 dollara satışı gözlənilir.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.