Samsung-un maraqla gözlənilən yeni smartfonları Galaxy Note 5 və Galaxy S6 Edge Plus modelləri təqdim olunub.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Samsung Galaxy unpacked 2015 konfransında Galaxy Note 5 və Galaxy S6 Edge Plus smartfonlarını təqdim edib.
Samsung-un yeni smartfonu Galaxy Note 5, 5.7 düymlük 2K Super AMOLED ekranla təchiz olunub. Olduqca parlaq görünüş təqdim edən smatfon 518 ppi dəyərinə malikdir. Ölçüləri isə 153.2 x 76.1 x 7.6 mm olan smartfonun çəkisi isə 171 qr-dır.
8 nüvəli yeni nəsil Exynos 7420 prosessoru ilə təchiz olunan smartfon, Mali-T768 MP8 qrafik karta və 4GB RAM-a malikdir. 32GB və 64GB-lıq yaddaşlı modelləri olan Galaxy Note 5-in MicroSD kart dəstəyi yoxdur.
Görünüşcə Galaxy S6-ya olduqca bənzəyən Galaxy Note 5, 16MP arxa və 5MP ön kamera ilə təchiz olunub. Kamera həm ön, həm də arxa kamerada f/1.9 diafraqma genişliyinə malikdir. Smartfonun 3000 mAh batareyası az görünsə də Quick Charge 2.0 texnologiyası ilə bunu bərpa etmək mümkün olacaq.
Samsung-un digər yeni smartfonu Galaxy S6 Edge Plus-da 5.7 düymlük 2K Super AMOLED ekrana və Corning Gorilla Glass 4 ekranı qoruma texnologiyası ilə təchiz olunub. 154.4 x 75.8 x 6.9 mm ölçülərdə olan S6 Edge Plus-un çəkisi 153 qr-dır.
Galaxy Note 5 kimi 8 nüvəli Exynos 7420 prosessoru ilə təchiz olunan smartfon Mali-T760MP8 qrafik kartla təchiz olunub. 4GB RAM-a malik olan smartfon həm də 32 və 64GB-lıq yaddaş sahəsinə malik modellərdə təqdim olunub.
16MP arka ve 5MP ön kamerası ilə təchiz olunan smartfon Note 5 ilə eyni kamera parametrlərinə malikdir. Kamera Full HD-də 60fps, 4K-da isə 30fps formatında çəkilişə malikdir.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri