Mayk Tayson özünün xüsusi Bitcoin-pul kisəsini istifadəyə verib

05-01-2016 / 19:45

Sabiq boksçu Mayk Tayson ( Mike Tyson)   "Bitcoin Direct" şirkəti ilə əməkdaşlığı çərçivəsində özünün xüsusi Bitcoin-pul kisəsini istifadəyə verib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, yeni Bitcoin-pul kisəsi Gildera birjası vasitəsilə bitkoin almaq və satmaq imkanı verir.

Bundan əlavə, istifadəçilər öz valyutalarını istənilən Bitcoin-bankomatlarda saxlaya bilərlər.

 Maykın Bitcoin-pul kisəsindən iOS və Android istifadəçiləri faydalana bilər.

2015-ci ilin yayında Mayk Tayson Las-Veqasda öz Bitcoin-bankomatını təqdim etmişdi.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.