Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016 / 15:04

Microsoft korporasiyası noyabrın 29-dan dekabrın 2-dək Bakıda keçirilən 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (Bakutel-2016) iştirak edir.

Xeberler.az-ın məlumatına görə, Microsoft-un bu tədbirdə iştirakının əsas məqsədi korporasiyanın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırladığı Azərbaycan üzrə Milli Planını geniş kütləyə nümayiş etdirməkdən ibarətdir.

Microsoft-un Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.

“Bizim Azərbaycandakı missiyamız yüksək nailiyyətlər əldə etmək üçün hər bir insanın və təşkilatın imkanlarını genişləndirməkdir. Microsoft korporasiyası Bakutel sərgisinin daimi iştirakçısıdır. Bu il iştirakımızın əsas məqsədi Microsoft-un Azərbaycan üzrə Milli Planını təqdim etməkdən ibarətdir. İnnovasiya sektorunun inkişafını, təşkilatların iqtisadi effektivliyini artırılmasını və təhsil sisteminin modifikasiyasını özündə əks etdirən korporasiyanın Milli Planı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanıb. Bundan başqa, sərgi iştirakçılarına Microsoft-un bulud həlləri, informasiya təhlükəsizliyinin müxtəlif üsulları və s. Nümayiş olunacaq”, - deyə Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

Bakutel-2016 çərçivəsində sərgi iştirakçılarına Microsoft Azure və Office 365 bulud həlləri, Dynamic 365 biznes platforması, həmçinin fərdi və təşkilat səvviyəsində informasiya təhlükəsizliyi vasitələri nümayiş etdiriləcək. Təhsil müəssisələrinin nümayəndələri isə təhsil sahəsi üçün nəzərdə tutulmuş həllərin geniş spektri, tələbə imtiyazları və tədris materialları ilə tanış ola biləcək. Bundan başqa, sərgini ziyarət etmiş tələbələr Microsoft Imagine Cup beynəlxalq texnoloji müsabiqədə iştirakla bağlı ətraflı məlumat ala biləcəklər.

Qeyd edək ki, Bakutel-2016 sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.