Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015 / 13:24

2007- ci ildə  Nəqliyyat Əməliyyatlarını İntellektual İdarəetmə Sisteminin yaradılması qərara alınıb. Və 2011-ci ildə  Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb, tam gücü ilə fəaliyyətə başlayıb.

Mərkəz yaranarkən texnologiyalar vasitəsilə şəhər nəqliyyatını idarəetmə sistemi yaratmağı  qarşısına məqsəd  qoyub. Belə ki, bu sistem vasitəsilə aşağıdakılar həyata keçirilməliydi:

  1. Nəqliyyat axınlarını texnologiyaların köməyi ilə intellektual formada idarə etmək.
  2. Nəqliyyat axınlarından asılı olaraq işıqforları tam avtomatik idarə etmək.
  3. Fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili , intellektual təşkilini təmin etmək.
  4. Elektron-kart ödəmə sistemini tətbiq etmək.
  5. Texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək.
  6. Nəqliyyat informasiyasının toplanması və təhlili məsələsinə cavabdeh olmaq.
  7. Parklamanın idarə olunması , yəni intellektual idarə edilməsini təmin etmək.
  8. Həmçinin SMS məlumatlandırma,  tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək, sürücülərin məlumatlandırılmasınıı  təşkil etmək və s.

Aradan bir neçə illər  keçməsinə baxmayaraq müşahidələr göstərir ki, NİİM-in həyata keçirməli olduğu işləri hazırda aşağıdakı qurumlar müxtəlif forma və metodlarla gerçəkləşdirirlər:

 - Dövlət Yol Polis İdarəsi  yeni qadağalar, yeni cərimələr, yeni yol nişanları, yol xətləri və zolaqları ilə bağlı məsələləri tənzimləməkdədir. Vurğulayaq ki, bu fəaliyyət texnologiyaların köməyi ilə yox,  yəni SMS məlumatlandııma, mobil, onlayn dəstək  olmadan   həyata keçirilir. Güman ki,  intellektual idarəetmə olmadığından, işıqforların intellektual idarəedilməsi mümkünsüz olduğundan DYP daha çox ənənəvi metodlara əl atmaq məcburiyyətindədir.

- “Azəryolservis” ASC şəhərdə   təmir- tikinti və  digər quruculuq işlərini həyata keçirir. Bu işlər də əvvələr olduğu kimi,  ənənəvi qaydada həyata keçirilir.  Onlayn rejimdə və ya SMS məlumatlandırma, onlayn alternativlər təklifli nəzərə çarpmır.

- Bakı Şəhər İcra Hakimiyyəti də təmir –tikinti aparır, beton plitələrlə yolu  ayırır və s. Yenə də   onlayn rejimdə və ya SMS məlumatlandırma, alternativlərin təkliflər  olmadan bu fəaliyyət davam edir.

- Xüsusən də  şəhərdə tıxac vəziyyətindən   çıxmaq üçün alternativlər təklif olunmur.

- Bir çox halda bəsit, təsadüfi, sınaqdan keçirilməyən, hansısa monitorinqə əsaslanmayan tənzimləyici metodlardan istifadə olunur.

Beləliklə, görünən budur ki, NİİM qarşıya qoyduğu məqsədləri hələlik yetərincə gerçəkləşdirə bilməyib.
Nəticədə  isə  nəqliyyat sisteminin intellektual qaydada tənzimləməsindən faktiki olaraq kənarda qalıb.

Çox təəssüfləndirici haldır.  Fikrimcə, bu ötən müddət ərzində texnoloji həllərin əksəriyyətini təmin etmək mümkün idi.

 

Osman Gündüz
30.05.2015

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.