Previous Next
Bağla

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015 14:48
NİİM-in  idarə edilməsi  hansı quruma tapşırılsın?

Bu günlərdə  rəsmən bildirilib ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına qadağa tətbiq olunacaq.

Xeberler.az məsələ ilə bağlı ekspert rəyi öyrənib.  

Azərbaycan İnternet Forumunun rəhbəri  Osman Gündüz məsələyə münasibət bildirərkən qeyd edib ki, bu, yanlış qərardır və  Azərbaycanın indiki imici,  inkişaf səviyyəsinə uyğun olmayan bir yanaşmadır.

Osman Gündüz  bu məsələnin tənzimlənməsində  Nəqliyyat Əməliyyatlarını İntellektual İdarəetmə Sistemini məsul qurum hesab edir:

“Ölkədə 2007-ci ildən milyonlarla vəsait sərf olunan Nəqliyyat Əməliyyatlarını İntellektual İdarəetmə Sisteminin (NİİM) yaradıması nəzərdə tutulub. 2013-cü ildən tam olaraq fəaliyyətdə olduğu élan edilib. Amma  nədənsə intellektual tənzimləmə nəzərə çarpmır. Nə üçün tənzimləməni bu mövcud normalarla, bu intellektual sistemlə deyil, Dövlət Yol Polis İdarəsi, Bakı şəhər İH, Azəryolservis, Nəqliyyat Nazirliyi, başqa  qurumlar hansısa  “ənənəvi” metodlarla tənzimləməlidir ?”.

Ekspert vurğulayıb ki, SMS məlumatlandırma sistemi hələ də yoxdur, tıxac vəziyyətindən çıxışla bağlı mobil imkanlar yaradılmayıb, onlayn formada, mobil formada alternativlər təklif olunmur :

“Nə vaxtadək beton və ya plasmas plitələrlə, yeni-yeni yol zolaqları ilə bu fəaliyyət tənzimlənəcək ? Nə üçün NİİM qarşıya qoyduğu məqsədləri indiyədək yerinə yetirə bilməyib ?”.

Osman Gündüz hesab edir ki,  İlk Avropa Oyunları ilə bağlı tətbiq olunan  bəzi yeniliklər anlaşılan idi, çünki başqa variantlar da yox idi. Onun sözlərinə görə,  indiki halda, adi vəziyyətdə bu problemlər öz həllini tapmalıdır:

“Fikrimcə,  təcili olaraq NİİM-in effektivsizliyini analiz etmək, tənzimləmədən kənar qalmasını araşdırmaq lazımdır. Bəlkə bu sistemin idarəetməsi və texniki təminat məsələlərini daha peşəkar və uyğun qurumlara həvalə etmək  lazımdır.

Bütün yollar DİN, XDMX və NN –in videokameralarının nəzarəti altındadır. Doğurdanmı bu üç mənbədən alınan informasiyalar yollarda nəqliyyat axınını intellektual formada tənzimləmək üçün yetərli deyil”.

Osman Gündüz qeyd edib ki, bəlkə də NİİM-in idarəetməsi, istismarı və texnoloji təminatını   Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi, ASAN xidmət və ya DYP daha da effektiv yerinə yetirə bilərdi. O, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının problemin həllinə bu konteksdən yanaşmasının daha doğru ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, NİİM-in fəaliyyətini Xeberler.az daim nəzarətdə saxlayır. Bununla bağlı saytda bir çox məqalələr yerləşdirilib.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015
NİİM hansı quruma həvalə olunacaq?

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015
Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017
Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015
Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019
NİİM tıxaclardan  yayınmaq üçün rəqəmsal həllər  hazırlayır

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022
NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

29-08-2023
BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022
130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019
Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020
Sürücülər internetdə qınaq obyekti olacaq

Sürücülər internetdə qınaq obyekti olacaq

14-10-2015
NİİM-ə yeni baş direktor təyin edilib

NİİM-ə yeni baş direktor təyin edilib

20-08-2015
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019
Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023
İşıqforların vaxtı dəyişdirilir

İşıqforların vaxtı dəyişdirilir

24-08-2015
Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019
 Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

29-05-2015
Bakıda nəqliyyat intellektual idarə olunacaq

Bakıda nəqliyyat intellektual idarə olunacaq

20-09-2010
Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

19-05-2015
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018
İlk Avropa Oyunlarının qalibi telekommunikasiya, İnternet və sosial media oldu

İlk Avropa Oyunlarının qalibi telekommunikasiya, İnternet və sosial media oldu

07-07-2015
Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə