Previous Next
Bağla

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015 11:34
Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

Avropa Oyunlarına hazırlıq mərhələsində nəqliyyat sisteminin effektiv idarə olunması da mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) bu ərəfədəki fəaliyyəti aktualdır.

Məlumdur ki, Mərkəzlə bağlı ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı olub. Ötən müddət ərzində nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşıb. Müntəzəm olaraq məlumatlandırma aparılır. Daynacaqlarda monitorlar quraşdırılıb. Avtobusların hərəkəti ilə bağlı naviqasiya sistemi qurulub.
Lakin bütün bunlarla bərabər Mərkəzin fəaliyyətini tıxac probleminin həllində, nəqliyyat axınının effektiv idarəedilməsində elə də hiss edə bilmirik.

Xeberler.az məsələ ilə bağlı ekspertlerin fikirini öyrənib.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib ki, artıq uzun müddətdir ki, ölkədə nəqliyyat axınının effektiv və çevik formada tənzimlənməsi üçün ölkə başçısının fərmanı ilə geniş infrastruktura malik İdarəetmə sistemi yaradılıb.  Sistemin Nəqliyyat Nazirliyinə tabe olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən idarə olunduğunu deyən Osman Gündüz Mərkəzin əsas məqsədinin ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol-nəqliyyat  problemlərinin həll olunmasından ibarət olduğunu diqqətə çatırıb:

“Təbii ki, bu məsələlər texnologiyaların tətbiqi ilə intellektual qaydada həll olunmalıdır. Əlbəttə, ötən müddət ərzində bu qurum tərəfindən bir sıra işlər görülüb. Ən müasir texnologiyalar quraşdırılıb. İnformasiya yönümlü monitorlar quraşdırılıb. İstiafdəçilərlə effektiv əlaqələrin qurulması üçün sosial mediadan səmərəli istifadə üçün səy göstərilir.
İctimai nəqliyyatda naviqasiya ilə bağlı işlər də Mərkəz tərəfindən həyata keçirilir”.

Onun sözlərinə görə, Avropa Oyunları zamanı nəqliyyat məsələləri üzrə qərargah da Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi seçilib.
Bütün bunlara baxmayaraq Osman Gündüz hesab edir ki, Avropa Oyunları hazırlıqlarla bağlı nəqliyyat sistemi ilə əlaqəli məsələlərin tənzimlənməsində daha çox əvvəlki qaydalara, “ənənəvi” metodlara üstünlük verildiyi müşahidə olunur və bu sahədə problemlər qalır:

“Yəni, daha çox hansısa zolaqların çəkilməsi, marşurtların ləğvi, şəhərə girişin məhdudlaşdırılması və elə köhnə metodların tətbiq ediləcəyi vurğulanır. Bununla belə gündəlik rastlaşdığımız müşahidələr göstərir ki, bu sahədə problemlər hələ də qalır. Parklamanın idarə edilməsi, işıqforların nəqliyyat axınına uyğun idarəsi, xüsusən də tıxacların idarəolunması məsələləri problem olaraq qalır. Həm də ümumiyyətlə, bu informasiya sisteminin effektiv və çevik faəliyyətində problemlərin olduğu görünür”.

Osman Gündüz xatırladıb ki, 3 il əvvəl bu qurum nəqliyyatda vahid kart ödəmə sistemi tətbiq olunacağını bildirimişdi. Onun sözlərinə görə, ortada bunu etməli olan, tenderi udan şirkət də var idi. Lakin hazırda nə şirkət var, nə də vahid kart sistemi təşkil olunub.

Forum rəhbəri deyib ki, indi isə yenidən bu məsələnin başqa bir qurum tərəfindən ediləcəyini bəyan edirlər:

“Bəs əvvəlki necə oldu? Qəribədir ki, indi Nəqliyyat Nazirliyinə aid olmayan, Bakıda sərnişin daşınması ilə məşğul olacaq “Bakubus” şirkətində bu kartların tətbiq olunacağı bildirilir. Məntiqlə isə elə ilk növbədə buna İntellektual Mərkəzin tabe olduğu Nazirliyin qurumlarından başlamaq daha doğru olmalıydı. Həmçinin ötən ilin sonunda “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi” ilə bağlı Nazirlər Kabineti qərar qəbul etmişdi və icrası da bu Mərkəzə tapşırılmışdı. Hələ də bu SMS sistemdən bir xəbər yoxdur.
Mərkəzin 2 İnternet resursu və bir mobil tətbiqi var.  Amma heç birisinin interaktivliyi yoxdur, yenilənmə aparılmır, faydalılığı çox aşağıdır"

Osman Gündüz vurğulayıb ki, bəzən o, İntellektual Mərkəzə aid olan rabitə xətlərinin yollarda torpaq üstündən keçdiyini görəndə təəcüblənir ki, doğurdanmı bu xətlər informasiyanı normal ötürür? 

Forum rəhbəri onu da bildirib ki, qurumun rabitə xətlərinin çəkilişində  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) məxsus olan kabel-kanalizasiya sistemindən istifadə etməyib. NİİM  bu məqsədlə yol kənarlarında sadə qazıntı aparmaqla rabitə xətlərini quraşdırıb:

“Fikrimcə, burda böyük risklər var, ötürücü xətlərin təhlükəsizliyi üçün bəlli standartlar var ki, onlara əməl olunmalıdır, kabellər torpaq üzərində atılmış vəziyyətdə olmalı deyil, normal servis olmalıdır, peşəkarlar bu işə cəlb olunmalıdır”.

Osman Gündüz məlumat verib ki, NİİM-in rabitə sistemi fiber optik infrastruktur Delta Telekom şirkəti tərəfindən layihələndirilib və quraşdırılıb. Amma bu infrastruktrun servis xidməti isə NİİM-in özü tərəfindən həyata keçirilir:

“Fikrimcə, ötən xeyli müddət ərzində bu sistem ölkədə nəqliyyat problemlərinin həllinə xeyli töhfələr verə bilərdi. Təəssüf ki, hələlik bunu görə bilmirik. Ümid edirəm ki, İntellektual Mərkəz 1-ci Avropa Oyunları ilə bağlı vəzifələrini uğurla başa vura biləcək. Gələcəkdə isə bu informasiya sistemindən, bütövlükdə infrastrukturdan daha effektiv istifadə məsələsinin yenidən nəzərdən keçirilməsi, NİİM-in statusuna yenidən baxılması faydalı olardı”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələyə münasibət bildirərkən deyib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəqliyyatın idarə edilməsində müəyyən işlər görsə də bunlar kifayət deyil.

Onun sözlərinə görə, Mərkəzin əsas vəzifəsi küçələrdə, yollarda nəqliyyat sıxlığına nəzarət edib məlumat vermək, xəbərdarlıq etməkdir. Həmçinin işıqforların idarə olunmasında Mərkəzin böyük rolu var.

Ərşad Hüseynov deyir ki, son vaxtlar Mərkəzin fəaliyyəti genişlənir. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə müxtəlif tədbirlər görüblər. Ekspert hesab edir ki, Mərkəzin qarşısına qoyulan vəzifələr daha genişdir və buna görə də indiki fəaliyyətlərini ürəkaçan hesab etmək olmaz:

“Qurumun qarşısına qoyulan vəzifələr çox genişdir. Mərkəz ictimai nəqliyyatın tam nəzarətdə saxlanılması, ümumiyyətlə, nəqliyyat fəaliyyətlərinin çevik, səmərəli həyata keçirilməsini təmin etməlidir”.

Nəqliyyat ekspertinin sözlərinə görə, bu sahədə hazırda problemlər çoxdur: “Nəqliyyatın idarəedilməsində ən vacib məqam işıqforlardır. Bu baxımdan İntellektual İdarəetmə Mərkəzi işıqforların fəaliyyətinə ciddin nəzarət etməlidir. Amma hazırda bu sahədə səmərəli fəaliyyət yoxdur”.

 Ərşad Hüseynov bunun səbəblərinə də aydınlıq gətirib:

“Görünür, Mərkəzin infrastrukturunda, təşkilində problemlər var. Həmçinin Mərkəzin təşkilində kadr hazırlıqlarının keyfiyyəti çox aşağıdır”. Ekspert onu da qeyd edib ki, nəqliyyat iştirakçıları da bu işdə məsuliyyət daşıyır.

Ərşad Hüseynov hesab edir ki, bu məsələdə bəzən istifadəçilər qaydanı pozurlar və bu da nəqliyyat sahəsində fəaliyyətlərin düzgün tənzimlənməsində problemlər yaradır.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020

NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

29-08-2023

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

27-07-2022

Nəqliyyatda elektron-kart ödəmə sistemi tətbiq ediləcək

20-10-2011

Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

19-05-2015

Sürücülər internetdə qınaq obyekti olacaq

14-10-2015

Azərbaycanda respublika əhəmiyyətli avtomobil magistrallarında videomüşahidə sistemi yaradılacaq

07-12-2010

Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

27-01-2024

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024

Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

29-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə