Previous Next
Bağla

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022 14:00
Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

Cari ilin əvvəli Prezidentin fərmanı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA-dan alınaraq DİN-ə verilib.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) DİN -ə veriləndən sonra nələr dəyişib?

Xatırladım ki, NİİM keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında 130 milyon manat dövlət vəsaiti sərf edilməklə yaradılmışdı. Qarşıya qoyulan vəzifələri reallaşdıra bilmədiyindən Mərkəz 2015-ci ildə BNA-ya verilmişdi. BNA da infrastrukturu dağılmış vəziyyətdə olan NİİM-i bir neçə il təhvil ala bilmədi, bu səbəbdən də onu yeniləyə bilmədi.

Sistemin ilkin proqram kodlarının verilməsi müqavilədə nəzərdə tutulmadığından Cənubi Koreya şirkəti Mərkəzin yenilənməsi üçün əlavə vəsaitlər tələb etdi, buna görə də BNA yeni komanda cəlb etməklə, digər ölkələrlə əməkdaşlıqla müəyyən modulları yeniləməyə, sistemi dirçəltməyə çalışdı. Yalnız bir neçə modulu yeniləmək mümkün oldu. Mobil tətbiq də yarımçıq qaldı.

Xatırlayıram ki, hətta SİNAM şirkətinə 28 milyon manat vəsait ayırmaqla NİİM-in yeniləməyə cəhd etdilər. Lakin sonradan bunlar da uğursuz oldu. Nəhayət, qeyd olunduğu kimi, indiyədək 200 milyon manatdan çox vəsait ayrılan, Azərbaycanın ən uğursuz İT layihələrindən birisi olan, qarşıya qoyulan vəzifələri reallaşdıra bilməyən, bərbad gündə olan NİİM DİN-ə verildi.

İndi vəziyyət necədir ?

NİİM DİN tərkibinə veirləndə gözləntilər çox olub. Gözlənilirdi ki, DİN-in yetərincə güclü olan resurslarının, yetərincə oturuşmuş İT komandasının səyləri ilə nəqliyyatın idarə olunmasında NİİM-in rolu gücləndiriləcək. Gözlənti həm də o olub ki, NİİM Yol Polisinə yox, DİN-in İKT qurumuna təhvil veirləcək. Lakin məlum olduğu kimi nədənsə son anda NİİM Yol Polisinin nəzarətinə verildi. İstənilən halda, hələlik görünən odur ki, NİİM qarşısına qoyulan vəzifələrin icrası ilə bağlı real nəticələr ortada yoxdur.

NİİM DİM-ə veriləndən sonra yol hərəkəti ilə, yollardakı vəziyyətlə bağlı yalnız sadə bir formada, sosial media və radio üzərindən məlumatlandırmanı həyata keçirir. Yol Polisinin infrastrukturu ilə əlaqələri gücləndirilib, bildiyim qədər svetaforların da təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıllıb.

Əlbəttə, DİM təhvil alarkən NİİM vasitəsilə, ağıllı formada, nəqliyyat axının sıxlığına görə idarə olunan cəmi 1-2 svetaforun olduğu bir şəraitdə, qısa zamanda elə böyük dəyişikliklər də real görsənmirdi. Görünən odur ki, NİİM-in yarandığı zaman qarşısına qoyulan vəzifələrin böyük əksəriyyəti hələlik reallaşmayıb.

Elə hazırda küçələrdə, nəqliyyat sistemində baş verənlər də bunu deməyə əsas verir. Nəqliyyat axının tənzimlənməsində problemlər qalır. SMS məlumatlandırma yoxdur. Toplanmış datadan effektiv istifadə edilməsi, datanın emal olunaraq sürücülərə effektiv yollarla çatdırılması, alternativlər təqdim edilməsi müşahidə olunmur.

Nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetaforlar”ın, detektorların sayı artırılmalıdır. Bununla da mərkəzi küçələrdə avtomobillərin orta sürətini bir qədər artırmaq mümkün ola bilərdi.

Hələ də normal bil mobil tətbiq ortada yoxdur. Yəni, real vaxtda yollardakı vəziyyəti öyrənmək, rəqəmsal tıxac xəritəsini əldə etmək, tıxacdan yayınmaq , naviqasiya, yollardakı problemli situasiya haqqında öncədən effektiv formada məlumat almaq imkanı hələlik tam reallaşmayıb.

Qarşıdan isə 15 sentyabr gəlir. Ümid edək DİN mövcud resurslarından effektiv istifadə etməklə hərəkətin idarə edilməsində NİİM-in rolunu xeyli gücləndirə biləcək”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022

Sürücülər internetdə qınaq obyekti olacaq

14-10-2015

NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

29-08-2023

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020

İşıqforların vaxtı dəyişdirilir

24-08-2015

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015

NİİM-ə yeni baş direktor təyin edilib

20-08-2015

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019

Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

29-05-2015

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018

Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

04-04-2019

Ekspert Azərbaycanın ən uğursuz İT layihələrindən danışdı

19-02-2019

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə