Previous Next
Bağla

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015 14:01
NİİM hansı quruma həvalə olunacaq?

Ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, ölkədə nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb.

Ötən müddət ərzində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılması sahəsində bu Mərkəz tərəfindən müəyyən işlər görülüb.

Lakin cəmiyyətdə bu quruma birmənalı yanaşma yoxdur.

Ekspertlər və vətəndaşlar qurumun fəaliyyətindən narazılıqlarını bildirirlər ki,  NİİM onun qarşısında qoyulan vəzifələri yerinə yetirə bilmir.

Məsələ ilə bağlı Xeberler.az mütəmadi olaraq açıqlama və araşdırmalar təqdim edir.

Bir müddət öncə isə Milli Məclisin iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi də təklif olunub.

Milli Məclisdə qaldırılan bu məsələ  ekspertlər tərəfinən müxtəlif istiqamətlərdə müzakirə olunub.

Xeberler.az olaraq NİİM-in Daxili İşlər Nazirliyinə verilməsinin nə dərəcədə doğru qərar olduğu, ümumiyyətlə qurumun DİN-ə verilməsi ilə bu sahədə hansı müsbət inkişafın olacağı ilə maraqlandıq.

Ekspertlər məsələni Xeberler.az-a şərh edib.

Nəqiyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, NİİM-in Daxili İşlər Nazirliyinə verilməsi Milli Məclisdə sadəcə təklif kimi səsləndirilib. Bunun reallaşdırılması isə naməlumdur. Ekspert dünya təcrübəsindən irəli gələrək hesab edir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb DİN-ə  verilməsinə ehtiyac yoxdur:

“Bütün dünya ölkələrində yol hərəkəti qaydalarının tənzimlənməsi ilə polisdən kənar bir qurum məşğul olur. Həmin qurum daha çox müstəqil fəaliyyəti ilə seçilir. Dünyada yol hərəkəti təhlükəsizliyi yüksək səviyyədə olan ölkələrdən biri də Finlandiyadır. Burada yol hərəkəti təhlükəsizliyi ilə bağlı agentlik var. Həmin qurum nə Daxili İşlər Nazirliyinə, nə də Nəqliyyat Nazirliyinə tabe deyil”.

Ərşad Hüseynov həmçinin təklif edib ki, işıqforların işinin tənzimlənməsi, sürücülük vəsiqəsinin verilməsi və bir sıra yol hərəkətinin təşkili ilə bağlı məsələlərə yenidən baxılmalıdır:

“Nəqliyyat ilə bağlı bu qədər çoxfunksiyalılıq bir qurumda cəmlənməməlidir. Polisin əsas işi yol hərəkəti təhlükəsizliyinə nəzarət etmək olmalıdır. Qaydanı pozanlar, işıqforun quraşdırılmadığı ərazilər nəzarətə götürülməlidir. Amma işıqforu yerləşdirmək, onu idarə etmək, sürücülük vəsiqəsini təqdim etmək o qurumun səlahiyyətləri çərçivəsində deyil”.

Ərşad Hüseynov qeyd edib ki, Azərbaycanda Yol Hərəkəti Təhlükəsizlik Komissiyası var və NİİM-in üzərinə qoyulan bəzi fəaliyyətlər bu qurumda təşkil oluna bilər.

Onun sözlərinə görə, hazırda dövlət idarəçiliyində təkmilləşdirmə işləri aparılır. Və bu istiqamətdə hansısa addımlar atılacağı labüddür.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol-nəqliyyat  problemlərinin həll olunmasından ibarətdir.

O hesab edir ki, bu günə qədər NİİM qarşısına qoyduğu öhdəlikləri tam yerinə yetirə bilməyib:

“Artıq uzun müddətdir ki, ölkədə nəqliyyat axınının effektiv və çevik formada tənzimlənməsi üçün ölkə başçısının fərmanı ilə geniş infrastruktura malik idarəetmə sistemi yaradılıb.  İşıqforların tənzimlənməsi, tıxacların aradan qaldırılması, yolların idarəedilməsi Mərkəzin birbaşa həyata keçirməli olduğu məsələlərdir”.

Osman Gündüz  Mərkəzin fəaliyyətində xarici ölkə təcrübəsindən bəhrələnməyin də faydalı olacağını vurğulayıb:

“SMS məlumatlandırma vasitəsilə sürücüyə tıxacların olduğu ərazilər bildirişlə göndərilməli və alternativ yollar təklif olunmalıdır. Yəni, bu sistem sürücünü tıxaclı yolda yolda idarə etməlidir”.

Osman Gündüz NİİM-in Baş Dövlət Yol Polisi İdarəsinə verilməsini daha düzgün hesab edib.

Onun sözlərinə görə, NİİM-in səlahiyyətləri informasiyanın çox hissəsinin cəmləşdiyi bu  qurumda –DİN-də cəmlənib. 

Osman Gündüz onu da vurğulayıb ki, NİİM-in bəzi səlahiyyətlərinin ASAN-a verilməsi daha doğru olardı:

“Nəqliyyatda SMS məlumatlandırma və bu kimi xidmətlərin ASAN-a verilməsi daha uğurlu ola bilər. Eyni zmanada Mərkəzin texniki idarəetməsi, telekommunikasiya operatorlarına, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilə bilər”.

Sevinc Çəltikova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017
Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015
NİİM-in  idarə edilməsi  hansı quruma tapşırılsın?

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015
NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

29-08-2023
Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015
Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022
Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019
Sürücülər internetdə qınaq obyekti olacaq

Sürücülər internetdə qınaq obyekti olacaq

14-10-2015
İşıqforların vaxtı dəyişdirilir

İşıqforların vaxtı dəyişdirilir

24-08-2015
130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019
BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022
NİİM tıxaclardan  yayınmaq üçün rəqəmsal həllər  hazırlayır

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022
Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019
 Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

29-05-2015
NİİM-ə yeni baş direktor təyin edilib

NİİM-ə yeni baş direktor təyin edilib

20-08-2015
Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018
Bakıda nəqliyyat intellektual idarə olunacaq

Bakıda nəqliyyat intellektual idarə olunacaq

20-09-2010
DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

27-07-2022
Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024
Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

27-01-2024
Azərbaycanda avtomobillərin və nömrə nişanlarının onlayn satışı təklif edilir

Azərbaycanda avtomobillərin və nömrə nişanlarının onlayn satışı təklif edilir

10-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə