Previous Next
Bağla

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017 17:38
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

Məlum olduğu kimi, ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, ölkədə nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb.

Ötən müddət ərzində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılması sahəsində bu Mərkəz tərəfindən müəyyən işlər görülüb.

Lakin uzun müddətdir cəmiyyətdə bu quruma birmənalı yanaşma yoxdur.

Belə ki, ekspertlər və vətəndaşlar qurumun fəaliyyətindən narazılıqlarını bildirirlər ki, NİİM onun qarşısında qoyulan vəzifələri yerinə yetirə bilmir.

Son vaxtlar isə bu qurumun fəaliyyəti ümumiyyətlə hiss olunmur.

Müşahidələrimiz göstərir ki, qurumun nə saytı (www.niim.az), nə də sosial media resursları aktivdir.

Məsələ bağlı Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz Xebereler.az-a bildirib ki, hazırda NİİM-in hansı qurumun tabeçiliyində,  kimə məxsus olması bilinmir:

“Sanki qeybə çəkilib, bu nəhənglikdə qurum mövcud  deyil. Prezidentin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin son toplantısında diqqətimi cəlb edən bir məqam oldu. Belə ki, Bakı Nəqliyyat Agentliyinin rəhbəri çıxışında Prezidentdən xahiş edirdi ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Agentliyin balansına verilməsi prosesini sürətləndirsin. Anlamadım ki, indiyədək Agentlik bu idarəetmə sistemi olmadan, öz Əsasnaməsi ilə qarşısına qoyulan vəzifəni, yəni sərnişindaşıma sahəsində tənzimləməni və dövlət nəzarətini necə həyata keçirib?. Ümumiyyətlə, görən indi NİİM haradadır ?”.

Osman Gündüz də qeyd edib ki, qurumun internet resursları aktiv fəaliyyət göstərmir.

Ekspert xatırladıb ki, Prezidentin də iştirakı ilə 2011-ci ilin sonunda açılışı olub:

“ Əslində, çox gözəl bir təşəbbüs olan intellektual idarəetmə mərkəzi çox təəssüf ki, böyük miqdarda maliyyə ayrılan, lakin faydasını yetərincə görmədiyimiz layihələrdən oldu. Nəqliyyat Nazirliyi və Cənubi  Koreyanın birgə layihəsi olan NİİM-in reallaşmasına büdcədən, səhv etmirəmsə 100 milyon manat vəsait ayrılmışdı. Xatırayıram ki o zamankı nazir Ziya Məmmədov bu layihə ilə bağlı böyük vədlər veriridi. O, bütün ölkəboyu bu sistemin işləyəcəyini bildirirdi. Təəssüf ki, Nazirlik zamanında bu qurumun effektiv fəaliyyəti üçün zəruri olan addımları atmadı".

Osman Gündüz vurğulayıb ki, NİİM-in yol kənarında olan fiber opitk xətləri də baxımsızlıq ucbatından küçə yağışın-suyun altında qalıb:

“Dayanacaqlarda quraşdırılan və dəyəri az qala 10 min dollar olan monitorların vəziyyətindən isə danışmağa dəyməz. Yüzlərlə müşahidə kamerasına, kilometrlərlə fiber optik infrastruktura, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infarstruktur effektiv işləyə bilmədi”.

Ekspert deyib ki, NİİM-in 141 qaynar xətti də BNA-a verilib:

“Zamanında biz çox təkliflər etdik ki, bu qurumun effektivliyinin artırılması üçün tabeçiliyi dəyişdirilməlidir, effektiv mexanizmlər tətbiq edilməlidir. Təəssüf ki, bunların da xeyri olmadı. Az qala 2 il tamam olur ki, NİİM-in tabeçilik və balansa qəbul edilmə prosesi baş tutmayıb".

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022

Sürücülər internetdə qınaq obyekti olacaq

14-10-2015

NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

29-08-2023

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018

NİİM-ə yeni baş direktor təyin edilib

20-08-2015

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019

İşıqforların vaxtı dəyişdirilir

24-08-2015

Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

29-05-2015

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

27-07-2022

Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

04-04-2019

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024

Avtobuslar yeni nəzarət sistemi ilə izlənəcək

20-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə