Previous Next
Bağla

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022 11:51
BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?
Prezidentin Fərmanı ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
 
Xeberler.az bildirir ki, Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, BNA-nın əsas konfliktləri, maraq toqquşmaları əsasən Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi ilə olurdu. Son illərdə svetoforlar da DYP-dən alınıb BNA-ya verilmişdi.
 
"Düşünmək olar ki, yeni fərmandan sonra bu problemlər, maraq toqquşmaları aradan qalxacaq. BNA indiyədək reallaşdıra bilmədiyi bir çox səlahiyyətləri, xüsusilə də parklama ilə bağlı səlahiyyətləri tezliklə əldə edə biləcək. Güman etmək olar ki, qısa zamanda Nazirlər Kabineti parklama ilə bağlı tarifləri nəhayət ki, təsdiqləyəcək. Hansı ki, BNA uzun müddət idi ki bu tariflərin Nazirlər Kabinetinə  təqdim edildiyini bildirirdi, lakin təsdiqlənmədiyindən səalhiyyətini icra edə bilmirdi.
 
Osman Gündüz bildirib ki, BNA-nın tənzimləyici rolu güclənəcək. Yəni, nəqliyyat axınının intellektual tənzimlənməsi, ağıllı svetoforlar, trafikin idarəedilməsi və s. BNA tərəfindən hazırlanacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə daha çox icraedici rola malik olacaq.
 
"Nəqliyyat axınının tənzimlənməsinin polisə verilməsinin doğru olmayacağı qənaətindəyəm. Bu səlahiytəin BNA-da olması doğru olardı".
 
Ekspertin sözlərinə görə, Azərbaycanın ən uğursuz İT layihəsi olan, qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən, sabiq nazir Ziya Məmmədovun 130 milyon sərf edərək iflasa uğratdığı Nəqliyyatın İntellektual İdarəetmə sisteminin rolunun güclənəcəyini proqnozlaşdırmaq olar.
 
"Son illərdə BNA Nəqliyyatın İntellektual İdarəetmə sistemini yenidən qurmağa, dirçəltməyə cəhdlər edirdi, sistemi quran Cənubi Koreya şirkətindən əl çəkərək Yaponiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində müəyyən innovativ həllər hazırlamağa başlamışdı. Bildiyim qədər dayanacaqlarda istifadəsiz qalan, bir çox yerlərdə dağılan yüzlərlə bahalı monitorları əvəz edəcək mobil tətbiq üzərində işlər gedirdi.
 
NİİM ciddi problemləri həll edib başa çatdıra bilməmişdi. Xüsusilə də Prezidentin qəbul etdiyi fərmanlara görə svetoforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliyidi. İndiyədək yalnız çox az sayda svetofor bu formada idarə olunurdu. Ümid etmək olar ki DYP resurslarından istifadə etməklə bu məsələni daha sürətli və effektiv qaydada reallaşdırmaq mümkün olacaq".
 
Ekxpert düşünür ki, nəqliyyat axınını tənzimləmək üçün DİN yalnız BNA kameralarından deyil, sayı hədsiz çox olan, bütün şəhər üzrə video müşahidə sisteminə malik olan özünün videomüşahidə infrastrukturundan da effektiv istifadə edəcək.
 
"Hazırda ən ciddi tələbat olan məsələlərdən biri SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, trafiki innovativ idarə etmək, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək, toplanmış datadan effektiv istifadə etməkdir. Ümid edirəm tezliklə bu problem öz həllini tapa biləcək
 
Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi prosesinin daha da sərtləşəcəyini gözləmək olar
 
Düşünürəm ki, indiki mərhələdə ən vacib məsələ nəqliyyat axınının intellektual idarə edilməsi ilə bağlı yeni yanaşmaların, yeni konsepsiyanın ortaya qoyulması olmalıdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017

BNA Prezidentin fərmanını niyə icra etmir?

19-12-2019

BNA yeni nəsil avadanlığına 831 min manatdan çox pul xərcləyəcək

31-08-2022

“BNA rəhbəri səlahiyyətini icra edə bilmir, kim yuxudan tez dursa, bir şlaqbaum qoyur”

09-04-2021

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

27-07-2022

"BNA öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır"

28-04-2021

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015

Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

21-08-2022

Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

26-09-2019

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

Ekspert : Ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir

21-01-2019

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə