Previous Next
Bağla

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019 16:41
Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

"2007-ci ildə nəqliyyatın intellektual idarə edilməsi üçün Prezident fərmanı verilib. Beləliklə bu iş Nəqliyyat Nazirliyinə həvalə edilib. 2011-ci ildə o zamankı Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında Cənubi Koreya şirkəti ilə 100 milyon manatlıq bir sövdələşmə ilə Bakı şəhəri üzrə nəhəng bir texnoloji infrastruktur və informasiya sistemi , həmçinin də onu idarə etmək üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Qarşıya qoyulan vəzifə isə Bakı şəhərində nəqliyyatı texnologiyaların köməyi ilə intellektual formada idarə etmək, işıqforları tam avtomatik idarə etmək, texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək, SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək, sürücülərin məlumatlandırılmasını təşkil etmək və s. olub."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert eyni zamanda mövcud prosesin Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihə olduğunu da qeyd edib :

"Qısa zamanda məlum oldu ki NİİM qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmir. Dayanacaqlarda quraşdırılan, dəyəri az qala 10 min dollar olan 700-dək monitorlar, yüzlərlə müşahidə kameraları, kilometrlərlə fiber optik infrastruktur, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, MİİM-də quraşdırılan dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur effektiv işləyə bilmədi.
Bir sözlə, NİİM iflas oldu.  Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihə hesab oluna bilər."

Osman Gündüz adı çəkilən nazirliklə bağlı müəyyən fərman, sərəncam və qərarlarda tapşırıqlar verilsə də hər hansısa bir nəticənin olmadığını da vurğulayıb :

"2015-ci ildə Bakı Nəqliyyat Agentliyi yaradılanda Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA tabeliyinə keçdi. Yəni , həmin tarixdən nəqliyyatın vahid mərkəzdən intellektual formada, mərkəzləşdirilmiş formada tənzimlənməsi BNA səlahiyyətindədir. Ondan sonra qəbul edilən bütün fərman və sərəncamlarda, qərarlarda BNA-ya tapşırıqlar verilib ki bu sahədə qayda yaradılsın. Bakı şəhərindəki bütün svetoforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliyidi. Hətta Prezident fərmanı ilə DİN –nin idarəetməsində olan svetoforlar da BNA tabeliyinə keçirilib. BNA-nın digər dövlət qurumları tərəfindən elektron qaydada məlumatlandırılması üçün də addımlar atılıb. Yəni, effektiv idarəetməni təşkil etmək üçün BNA-ya yetrəincə köməkliklər olunub. Bütün bu tapşırıqlar 2015 -2018-ci illər aralığında olub.

Nəticə varmı ? Nəqliyyat mərkəzləşdirilmiş formada, intellektual olaraq idarə olunurmu ? Təəssüfki bu suala müsbət cavab vermək olmur. Bu müddətdə BNA hansı addımları atıb? Köhnə infrastrukturdan nə qalib, nələrdən istifadə olunur. Yeni hansı həllər təklif olunur ? Bu haqda heç bir rəsmi açıqlamalar yoxdur.

Yeri gəlmişkən, ötən il Prezident fərmanı ilə BNA-ya daha bir səlahiyyət verilib. Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması və qaydanı pozanlarla bağlı tədbirlər görmək də BNA- ya tapşırılıb. Qəribədir ki, 4 ildə əsas vəzifə olan NİİM problemini həll edə bilməyən BNA "elektron protokol" sistemini tezliklə quraşdırıb və dərhal da fəaliyyətə başlayıb."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022
Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023
Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019
Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022
130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017
Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015
NİİM tıxaclardan  yayınmaq üçün rəqəmsal həllər  hazırlayır

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022
Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020
NİİM hansı quruma həvalə olunacaq?

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015
BNA yeni nəsil avadanlığına 831 min manatdan çox pul xərcləyəcək

BNA yeni nəsil avadanlığına 831 min manatdan çox pul xərcləyəcək

31-08-2022
DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

27-07-2022
Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

21-08-2022
“BNA rəhbəri səlahiyyətini icra edə bilmir, kim yuxudan tez dursa, bir şlaqbaum qoyur”

“BNA rəhbəri səlahiyyətini icra edə bilmir, kim yuxudan tez dursa, bir şlaqbaum qoyur”

09-04-2021
BNA Prezidentin fərmanını niyə icra etmir?

BNA Prezidentin fərmanını niyə icra etmir?

19-12-2019
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018
Ekspert : Ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir

Ekspert : Ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir

21-01-2019
NİİM-in  idarə edilməsi  hansı quruma tapşırılsın?

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015
Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

26-09-2019
Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017
Ekspert Azərbaycanın ən uğursuz İT layihələrindən danışdı

Ekspert Azərbaycanın ən uğursuz İT layihələrindən danışdı

19-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə