Previous Next
Bağla

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022 15:49
NİİM tıxaclardan  yayınmaq üçün rəqəmsal həllər  hazırlayır
Məlumat verildiyi kimi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmiləri yeni rəqəmsal həllər üzərində işlədiklərini bildiriblər. Söhbət Bakı üzrə rəqəmsal 3D xəritəsinin və mobil tətbiqin hazırlanmasından gedir.
 
"Düşünmək olar ki, Bakının rəqəmsal tıxac xəritəsinin ortaya çıxarılması problemin həlli üçün xeyli faydalı ola biləcək. Hansı ki, 10 il öncə keçmiş nazir Ziya Məmmədovun rəhbərliyi altında bu tip intellektual layihənin hazırlanmasına 130 milyon ayrılmışdı. Lakin o zaman NİİM paytaxtda nəqliyyatın rəqəmsal yanaşmalarla tənzimlənməsi sahəsində qarşıya qoyulan vəzifələri icra edə bilmədi və iflas oldu. Sonradan bu layihə BNA-ya verildi".
 
Bunu Xeberler.az-a Mərkəzin açıqlamasını şərh edərkən Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz deyib.
 
"Nə qədər çalışsalar da onlar da nəqliyyat axınını intellektual yollarla tənzimlənmək, real vaxtda yollardakı vəziyyəti öyrənmək, rəqəmsal tıxac xəritəsini əldə etmək, tıxacdan yayınmaq, naviqasiya, yollardakı problemli situasiya haqqında öncədən effektiv formada məlumat almaq məsələlərini qaydaya sala bilmədilər. BNA yenidən böyük pullar istəyən, zamanında sistemin proqram təminatının ilkin kodlarını verməyən Cənubi Koreya şirkətindın əlini üzərək digər ölkələrlə əməkdaşlıq sayəsində problemləri həll etməyə çalışdı. Bir neçə moduli yeniləyə bildi. Lakin zəruri olan rəqəmsall həllər ortaya çıxmadı. Cari ilin əvvəli NİİM Daxili İşlər Nazirliyinə verilib. Artıq bir il tamam olmaq üzrədir. Dağılmış vəziyyətdə olan NİİM-in təhvil-təslimi güman ki, artıq başa çatıb", -deyə ekspert bildirib.
 
Onun sözlərinə görə, NİİM-in son açıqlamasından belə anlamaq olar ki, yeni komanda SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, trafiki innovativ idarə etmək, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək üçün mobil resurs hazırlayır.
 
"Düşünürəm ki, indiki anda NİİM-də, Yol Polisində toplanmış datadan effektiv istifadə edilməsi, datanın emal oluaraq sürücülərə effektiv yollarla çatdırılması, alternativlər təqdim edilməsi vəziyyəti xeyli düzəldə biləcək. Eyni zamanda, fikrimcə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetaforlar”ın, detektorların sayı da artırılmalıdır. Bununla da mərkəzi küçələrdə avtomobillərin orta sürətini bir qədər artırmaq mümkün ola bilərdi. NİİM rəsmiləri rəqəmsal xəritələrin hazırlanması üçün avadanlıqlar sifariş edildiyini də açıqlayıblar. Ağıllı svetaforların, detektorların sayının çoxaldılması üzərində işlərin aparıldığını bildiriblər. İndiki anda isə cəmi 152 svetafor NİİM ofisindən real vaxtda idarə olunur. Artıq Yol Polisi əməkdaşlarının bir qrupu da NİİM-in ofisində, paytaxt yollarındakı real vəziyyəti əks etdirən monitorlar qarşısında çalışırlar".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022
BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022
Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019
Sürücülər internetdə qınaq obyekti olacaq

Sürücülər internetdə qınaq obyekti olacaq

14-10-2015
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022
NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

29-08-2023
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017
130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019
NİİM-in  idarə edilməsi  hansı quruma tapşırılsın?

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015
Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015
Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020
NİİM hansı quruma həvalə olunacaq?

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015
Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023
İşıqforların vaxtı dəyişdirilir

İşıqforların vaxtı dəyişdirilir

24-08-2015
NİİM-ə yeni baş direktor təyin edilib

NİİM-ə yeni baş direktor təyin edilib

20-08-2015
Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019
 Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

29-05-2015
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018
Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019
Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

04-04-2019
Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024
Avtobuslar yeni nəzarət sistemi ilə izlənəcək

Avtobuslar yeni nəzarət sistemi ilə izlənəcək

20-10-2015
Yollardakı vəziyyəti mobil qurğularla öyrənmək mümkündür

Yollardakı vəziyyəti mobil qurğularla öyrənmək mümkündür

28-02-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə