Pilotsuz uçan taksilər-Video

05-01-2017 / 16:50

Çin şirkəti EHang pilotsuz uçan taksilərinin sınaqlarını keçirib. 

Xeberler.az ict.az-a istinadən məlumat verir kiŞ EHang 164  pilotsuz uçan təyyarəsinin yeni sınaqları zamanı onun manevr qabiliyyəti, idarəetməsi və gecə uçuşları yerinə yetirmək imkanı yoxlanılıb.

EHang 164 işıqların hər birinin sonlarında iki elektromotorun yerləşdirildiyi kvadrokopterlərin sxeminə əsasən hazırlanıb.

Bu taksilərin 100 kq-a qədər ümumi çəkiyə malik sərnişinləri daşıya biləcəyi gözlənilir. Aparat saatda 100 km-ə qədər sürət toplayacaq və 23 dəqiqə ərzində havada qala biləcək.

Şirkət 2017-ci ildə də pilotsuz uçan taksilərin sınaqlarını davam etdirmək niyyətindədir. Bu taksilər 4G standartının mobil əlaqə şəbəkəsinin köməyilə idarəetməni həyata keçirəcəklər.

Bundan başqa, istehsalçılar EHang-in pilotsuz uçan taksiləri üçün yeni idarəetmə mərkəzinin sınaqlarına başlayacaqlar. Operatorlar bu mərkəzlər vasitəsilə onlarla aparata nəzarət edə biləcəklər.

Qeyd edək ki, EHang-in pilotsuz uçan takisləri ilk dəfə CES 2016 sərgisində təqdim olunub.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.