Sərnişin daşıyan dron təqdim edildi

07-01-2016 / 15:50

 Məlumat verdiyimiz kimi, hazırda Las-Veqasda  CES 2016 sərgisi davam edir.

Sərgidə bu il  ən çox haqqında danışılan və maraq göstərilən kateqoriyalar avtomobil və dronlar olub.

Çinli dron istehsalçısı Ehang insansız hava vasitələri olan bu klassik dron modellerindən başqa, sərnişin daşıyabilən yeni dron da təqdim edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Ehang184 adlı dron bir nəfərlik sərnişin daşıma tutumuna sahibdir.

Görməyə alışdığımız dronlardan fərqi olmayan  Ehang 184-ün  üzərində salon yerləşir. Yerə paralel uzanan 4  pərvanələr (vintilyatorlar ) isə dronu uçurdur.

Dron gücünü tamamilə elektrikdən (işıqdan) alır. Tam dolması 2 saat davam edən elektrikli dron dəniz səviyyəsindən uçurulduğunda 23 dəqiqə havada qala bilir.

Ehangın istehsal etdiyi və insan daşınması üçün istifadə olunacaq bu dronda, xüsüsilə təhlükəsizlik və avtomatik pilot özəlliklərini ön plana çıxarıb.

Ehang184 modelinin daşıya biləcəyi insan sayı hələlik 1 nəfər ilə məhduddur.

Ehang 184-ün satış qiyməti 200-300 min dollar arasında müəyyən edilib.

Çinin Guangzhou  bölgəsində sınaq uçuşları davam etdirilən və indiyə qədər 100-dən çox uçuş həyata keçirən Ehang 184-ün  bazara çıxarılacağı tarix açıqlanmayıb.

 

Aysel Qənbərova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə