Səmanın görüntüsünü çək, mükafat qazan- Müsabiqə

12-08-2017 / 11:34

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə “Kainatı kəşf edək” fotomüsabiqəsi elan edilib.

Xeberler.az-ın məlumatına görə, avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunacaq.

 Fotolar kodlaşdırıldıqdan sonra peşəkar münsiflər – Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Azərbaycan Fotoqrafları Birliyi idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən qiymətləndiriləcək.

Səmanın ən gözəl görüntüsünü çəkən üç fotoqraf hədiyyələr və “Kainata səyahət” astroturizm mərkəzində istirahət imkanı qazanacaq, rəsədxananın xüsusi diplomu ilə təltif ediləcək.

Müsabiqənin nəticələri rəsədxananın rəsmi saytında dərc olunacaq. Müsabiqənin yekununda iştirakçıların 30-dək fotosunun yer aldığı fotosərginin təşkili nəzərdə tutulub. Sərgi iştirakçısı olan fotoqraflara sertifikat veriləcək.

Fotolar sentayabrın 20-dən gec olmayaraq [email protected] ünvanına göndərilməlidir.

Müsabiqə barədə ətraflı məlumatı http://www.shao.az saytından əldə etmək olar.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə