Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

24-02-2018 / 18:04

Qərbi Kaspi Universitetində 2 gündür davam edən Startap Günləri bu gün başa çatıb.

Xeberler.az bildirir ki, dünən tədbirin açılış mərasimi tututb.

Mərasimdə Azərbaycan İnternet Forumunun prezidenti, Startap Azərbaycan Təşkilat Komitəsinin rəhbəri Osman Gündüz, NRYT Nazirliyinin tabeliyindıə  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov, Qərbi Kaspi Universitetinin prorektoru Zemfira Məmmədova, Yüksək Texologiyalar Parkının nümayəndəsi Ayan Kərimova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədzadə, mentor Rəşad Əliyev və digər tanınmış ekspert və mentorlar çıxış edib.

Tədbirdə Qərbi Kaspi Universitetinin tələbələri ilə yanaşı, bir sıra məktəblərin yuxarı sinif şagirdləri də iştirak edib.

Daha sonra ekpsert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə tələbələr 18-ə yaxın ideya səsləndirib. Daha sonra ən yaxşı 6 ideya seçilib.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycan-ın ekspertləri və mentorları (Orxan Əhmədov, Rəşid Əliyev, Rəşad Əliyev, Kamran İmaməliyev, Azər Nəzərov  Rasim Abdurahman, Elşad Yusifli, Bəhman Hüseynli, Hüseyn Hüseynzadə) komandalara öz tövsiylərini verib.

Bu gün səhər saatlarından komandalar öz eskpert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayıb və axşama qədər fəaliyyətlərini davam etdiriblər.

Həmçinin, komandalar üçün təlimlər də təşkil edilib. Belə ki, Türkiyədən gələn mütəxəssis Bəhman Hüseynli, startapçı Orxan Əhmədovun moderatorluğu ilə İnternet biznesə yeni başlayanlar üçün təlim keçirilib.

Onlar komandalara layihələrinin prototiplərinin hazırlanması, komanda formasında fəaliyyət, layihələrin təqdimatı zamanı diqqət etməli olduğu vacib məqamlar barədə məlumat verilib.

Komandalar eskpert və mentorların dəstəyi ilə layihələrinin təqdimat forması üzərində işləməyi öyrənib. Günün sonuna qədər komandalar layihələr üzərində fəaliyyəti davam etdirib.

Bu gün Startap Günlərinin yekun mərhələsi keçirilib və qalib komandalar müəyyən edilib.

Komandalar hazırladıqları layihələrin ekspertlər qarşısında 4 dəqiqəlik təqdimatını edib. Dünən Startap Günlərində yekunda bu layihələrin yarışması təşkil olunub və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

6 komanda arasından qaliblər elan edilib. Belə ki, 1-ci yerə “Tələbə sığortası”, 2-ci yerə “Samart Box”, 3-cü yerə isə məktəblilələrin layihəsi “Parking” layihəsi görülüb.

Qeyd edək ki, 3-cü yerin sahibi 212 nömrəli məktəbin 11-ci sinif şagirdi Günel Hüseynova da var.

Mükafatlandırma mərasimində qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Qərbi Kaspi Universitetinin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Qərbi Kaspi Universitetinin keçirdiyi Startap Günlərinə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi rəsmi, Startap Azərbaycan Təşkilat Komitəsi, İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı təşkilati dəstək verir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə