Mayın 30-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi baş tutub.
Xeberler.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
“Milli Hakaton”un seçim mərhələsində yüksək nəticə göstərmiş 1640 şagird olimpiada mərhələsində iştirak edib. Şagirdlərə mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. Burada şagirdlər “Kombinatorika”, “Məntiqi ifadələr”, “Cədvəllər”, “Oyun nəzəriyyəsi”, “Alqoritmlərin təhlili”, “Məntiqi tənliklər” və digər mövzuları əhatə edən sualları cavablandırıblar.
Xatırladaq ki, imtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 12 mərkəzdə təşkil olunub. İmtahandan yüksək nəticə göstərən şagirdlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafı üçün maarifləndirici sessiya və seminarlar keçiriləcək.
Müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları