Previous Next
Bağla

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025 17:03
"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"
"Ötən gün Prezidentin fərmanı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında mühüm struktur islahatı aparılıb. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi və idarəedici qurumu dəyişib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərnbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, əgər əvvəllər bu komissiyaya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri sədrlik edirdisə, cari fəaliyyəti də bu qurum tərəfindən koordinasiya olunurdusa, indi həm sədrlik, həm də icraedici struktur Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə keçib:
 
"Bu Komissiya 7 il öncə yaradılıb. Komissiya ölkənin informasiya təhlükəsizliyi sektorunda fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təşkil edir.
 
Xatırladıram ki, indiyədək bu Komissiyanın sədri XRİTDX-nin rəisi, general İlqar Musayev olub.
 
Bundan sonra isə Komissiyaya nazir Rəşad Nəbiyev sədrlik edəcək".
 
Osman Gündüzün sözlərinə, eyni zamanda yeni fərmanla Komissiyanın tərkibində də dəyişiklər gözə dəyir:
 
Komissiya üzvlüyündən çıxarılanlar və yeni əlavə olunanlar var. RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, Elm və təhsil nazirinin müavini də Komissiyanın tərkibində olacaq.
 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru Komissiya üzvlüyündən çıxarılıb.
 
Görünən odur ki, Ali hakimiyyət bu Komissiyanın daha çox mülkiləşdirmə xəttini əsas göütürüb. Komissiya inzibati-hərbi profildən mülki-texnoloji idarəetməyə keçib".
 
Ekspert bildirib ki, yeni tərkibdə generalın nazirlə əvəz edilməsi, idarəetmənin inzibati qurumdan mülki quruma keçməsi, Elm və Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti kimi qurumların aktiv iştirakı da sektorun kordinasiyasında daha çox mülkiləşmənin göstəricisi hesab oluna bilər:
 
"Son zamanlar, xüsusən son 2-3 ildə dövlət sektorunda informasiya təhlükəsziliyi və kiber sahədə xeyli əhəmiyyətli irəliləyiş əldə olunmuşdu. Burada Komissiyanın da rolu çox böyük olub.
 
Ölkədə yeni kritik informasiya infrastrukturu formalaşıb. DTX və XRİTDX bu ekosistemdə ciddi dönüş yaratmışdılar. Beynəlxalq reytinqlərdə də bu irəliləyiş açıq-aşkar hiss olunurdu.
 
Belə bir anda hökumətin sektorun əsas kordinasiyaedici Komissiyasında ciddi dəyişiklik etməsi xeyli düşündürücüdür.
 
Əlbəttə, nəzərə alsaq ki hazırda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində əsas problemlər qeyri-dövlət sektorundadır, atılan addımlar müəyyən dərəcədə məntiqli görsənir. Düşünmək olar ki, hökumət qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi və kiber ekosistemdə daha ciddi dönüş yaratmaq istəyir.
RİNN tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti son zamanlar bir qədər aktivləşsə də hələlik bu sahədə öz sözünü deyə bilməyib".
 
Osman Gündüz qeyd edib ki, yeni yanaşmalar isə bu istiqamətdə ciddi irəliləyişlərin ola biləcəyini proqnozlaşdırmağa əsas verir:
 
"Düşünmək olar ki, hökumət bu sektorda “paqonlu” idarəetmədən mülki idarəetməyə keçiddə həm də beynəlxalq praktikanı nəzərə alıb.
 
Son illərdə bu xətt DTX-nın da fəaliyyətində açıq-aşkar görsənirdi. DTX kritik informasiya infrastrukturu quruculuğunda əsas istiqaməti və üstünlüyü “paqonsuz” yanaşmaya vermişdi.
 
Özəllər üçün də əlçatan olan Milli Kibertəhlükəsizlik Mərkəzi yaratmışdı. Beynəlxalq təcrübədə də bu ekosistemdə, yəni informasiya təhlükəsizliyi və kiber sahədə idarəetmədə mülki xəttə üstünlük verilir, nəinki “paqonlu” strukturlara.
 
Güman ki etmək olar ki hökumət də bu tendensiyaları nəzərə alıb".
 
Ekspert ümid edir ki, informasiya təhlükəsizliyi kimi vacib bir sektorda çalışan qurumların kordinasiyasına cavabdeh olan Komissiya yeni tərkibdə qarşıya qoyulan vəzifələri uğurla həyata keçirə biləcək:
 
"Xatırladıram ki, uzun illər Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən, sektorda "Generallar komissiyası" adlandırılan Radiotezliklər üzrə Dövlət Komissiyası da 4 il öncə Prezidentin fərmanı ilə yenidən formalaşıb və nazir Rəşad Nəbiyev həmin komissiyanın da sədri təyin edilib".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
Bu qurumların strukturu niyə təsdiqlənmir?

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024
 İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb

27-04-2018
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025
Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024
Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

17-08-2023
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

16-05-2018
Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib

12-05-2025
Strategiyanın icrası müzakirə olunub

Strategiyanın icrası müzakirə olunub

22-11-2023
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası sədrinin “İnternet cəmiyyəti” ilə görüşü keçiriləcək

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası sədrinin “İnternet cəmiyyəti” ilə görüşü keçiriləcək

02-02-2023
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirilib

18-12-2024
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

15-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə