TASİM layihəsi dayandırılıb?

13-06-2016 / 14:07

Məlumdur ki, 2008-ci ildən başlayaraq Azərbaycan TASİM  (Trans-Avrasiya Super İnformasiya Magistralı) layihəsinin icrası istiqamətində ciddi səylər göstərirdi.

Bu layihə  Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutur.

Layihənin təşəbbüsü ilk dəfə 2008-ci ilin noyabr ayında  XIV “Bakutel” sərgi-konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı o zamankı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən irəli sürülüb və  həmin ayın 11-də TASİM layihəsinin yaradılmasına dair xüsusi “Bakı bəyannaməsi” qəbul edilib.

Layihəyə görə TASİM tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələri münasib qiymətli bağlantı ilə təmin ediləcəkdi.

Bununla yanaşı, Milli telekommunikasiya  infrastrukturunun inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək TASİM şəbəkəsinə birləşdiriləcək.

Bir sözlə TASİM layihəsi Frankfurtdan Honkonqa istiqamətlən ən əsas tranzit xəttinin qurulmasını nəzərdə tuturdu.

Qeyd edilirdi ki, bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq.

Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.

Xatırladaq ki,  2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında layihəyə dair qətnamə qəbul edilib. Beləliklə, 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən bu qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd oluub.

2010-cu ilin aprelindən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ) TASİM layihəsinin İdarəetmə Qrupunu yardıb.

Layihənin reallaşdırılması istiqamətində ciddi səylərə başlanıb.Növbəti dəfə 2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul edib.

Məlum olduğu kimi, TASİM layihəsinin həyata keçirilməsində müəyyən zaman bəzi problemlər yaşanırdı. Belə ki, əsasən Türkmənistan, Qazaxıstan və  Rusiya  dövlətinin layihəyə etinasız yanaşması və ya bilərəkdən mane olması səbəbindən layihənin inkişafında əngəllər yaşandı.

Xüsusilə də Xəzər dənizinin altından keçərək Türkmənistan istiqamətində xəttin çəkilməsində ciddi əngəllər var idi.

Bununla belə son dövrlərdə adı çəkilən ölkələrin də bu layihəyə marağı artırdı. Xüsusilə Türkmənistan, Çin istiqamətində neft boru kəmərlərinin çəkilişindən sonra bu layihəyə marağın artdığı müşahidə olunurdu.

2015-ci ildə Türkmənistan və Qazaxıstanın parlamentlərində də layihənin icrasına yardımçı ola biləcək addımlar atılmışdı.

Odur ki , 2015-ci ildə layihənin icrası istiqamətində səylər daha da gücləndirilmişdi.

Layihənin SOCAR-ın dəstəyi ilə  TAP və TANAP boru kəmərləri boyunca  reallaşdırılması nəzərdə tutulurdu.  

Qeyd edildi  ki, SOCAR-ın dəstəyi ilə  bu kəmərlər boyu Bakı-İstanbul -Yunanıstan istiqamətində  fiber optik xətt  çəkiləcək. 2015-ci ildə  Bakutel sərgisi ərəfəsində bununla bağlı yekun memorandum imzalanması nəzərdə tutulmuşdu.

Lakin 2015-ci ildə, məlum“MTN işi” ilə bağlı RYTN ətrafında baş verən hadisələrdən, bu qurumda ciddi kadr dəyişikliklərindən sonra TASİM də bir növ unuduldu.

Uzun müddətdir bu layihə heç kimin yadına düşmədi və bu istiqamətdəki bütün səylər dayandırıldı.

Son vaxtlar əldə etdiyimiz məlumatlarda isə maliyyə resurslarının  çatışmazlığı səbəbindən  layihənin icrasının artıq tam olaraq dayandırıldığı bildirilir.

Həqiqətən də son dövlər  layihənin icrası istiqamətində hər hansı addımların atılmadığı müşahidə edilir.

Layihənin İadrəetmə Qrupunun bütün əməkdaşlarının da işdən çıxarıldığı bildirilir. Yanlız teniki işlərin gerçəkləşdirilməsi məqsədilə bir əməkdaşın müvəqqəti olaraq işdə saxlanıldığı bildirilir.

Digər bir mənbədən əldə etdiyimiz məlumata görə isə  layihənin  icrası ilə bağlı addımların atılması üçün əlaqələndirmə  və idarəetmə işlərinin Xarici İşlər Nazirliyinə həvalə edilməsi nəzərdə tutulur.

Görəsən, doğurdanmı bu layihənin dayandırılması Azərbaycanın maraqlarına cavab verir?.

Layihəyə dəstək üçün  BMT-nin iki qətnaməsi olan, az qala yüzlərlə beynəlxalq toplantılarda təqdimatları keçirilən, icrası istiqamətində  xeyli uğurlar əldə olunan  bu beynəlxalq  layihənin icrasının dayandırılması görəsən nə dərəcədə doğrudur?

Ümid edirik ki, RYTN rəhbərliyi bu layihənin hazırki durumu və gələcək fəaliyyəti  ilə bağlı rəsmi açıqlama yayacaq və yazıda qaldırılan suallara aydınlıq gətirəcək.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.