Previous Next
Bağla

Nazir Huawei və China Telecom şirkətlərinin rəhbərliyi ilə görüşüb

28-02-2019 12:11
Nazir Huawei və China Telecom şirkətlərinin rəhbərliyi ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan- Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasında iştirak etmək məqsədilə Çin Xalq Respublikasının Pekin şəhərində səfərdədir.

Xeberler.az  bildirir ki, səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə “Huawei” şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Görüş zamanı “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib, şirkətin Azərbaycanda mövcud fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, şirkətin Xəzər dənizinin dibi ilə ölkəmizdən Qazaxıstan və Türkmənistan istiqamətlərində fiber-optik kabel magistralının tikintisində mümkün iştirakı da müzakirə edilib. Qeyd edək ki, gələcəkdə magistral vasitəsilə Türkmənistan üzərindən Əfqanıstanın da internetə çıxışı təmin edilə bilər. Səfər çərçivəsində nazir Ramin Quluzadə “China Telecom” şirkətinin rəhbəri Yanq Jie ilə də görüşüb. Görüş zamanı sözügedən şirkətlə beynəlxalq telekommunikasiya sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin qısa müddət ərzində icrası istiqamətində mümkün addımların atılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı layihə çərçivəsində Qazaxıstan istiqamətində Xəzəraltı fiber-optik kabel magistralının çəkilməsinin texniki həlli yolları, layihə üzrə iqtisadi əsaslandırmanın hazırlanması, o cümlədən Çin tərəfinin bu magistraldan gələcək
istifadəsi üzrə tələbatların öyrənilməsinə dair məsələlər müzakirə edilib. Eyni zamanda, şirkətin Azərbaycanla Türkmənistan arasında da dənizaltı fiber-optik kabel magistralının tikintisi ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu sahədə daha detallı texniki və iqtisadi məsləhətləşmələrin aparılması məqsədilə “Huawei” və “China Telekom” şirkətlərinin rəhbərliyi Azərbaycana dəvət olunub. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası bu gün keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Siyəzən-Türkmənbaşı fiber-optik kabel magistralı çəkiləcək

Siyəzən-Türkmənbaşı fiber-optik kabel magistralı çəkiləcək

11-01-2019
Azərbaycan Əfqanıstanı internet xidməti ilə təmin etmək istəyir

Azərbaycan Əfqanıstanı internet xidməti ilə təmin etmək istəyir

10-01-2019
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt  Sultanovla görüşüb

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021
Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020
Azərbaycan və Avstriya fiber-optik kabel istehsalı ilə bağlı birgə layihə həyata keçirəcək

Azərbaycan və Avstriya fiber-optik kabel istehsalı ilə bağlı birgə layihə həyata keçirəcək

20-06-2015
Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

02-04-2019
Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

05-12-2019
Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019
Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026
Osman Gündüz: Bu, ölkəyə böyük dividentlər gətirəcək bir layihədir

Osman Gündüz: Bu, ölkəyə böyük dividentlər gətirəcək bir layihədir

14-01-2019
 Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

16-05-2022
Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb

Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb

22-10-2025
Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024
Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022
Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş  katibi ilə görüşüb

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020
“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021
Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə