Previous Next
Bağla

“TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq

26-11-2013 09:03
“TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq
Bu il dekabrın 2-5 tarixlərində Azərbaycan paytaxtında keçiriləcək “Bakutel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq.
 
"TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənov bildirib ki, memoranduma 5 ölkənin mobil operatorları imza atacaq. Bu ölkələrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Çin daxildir.
 
Z.Həsənov bildirib ki, sözügedən memorandumla  “TASİM” layihəsinin hansı şərtlər daxilində və hansı zamanda həyata keçirilməsi müəyyənləşdiriləcək. İşçi qrupun rəhbəri onu da əlavə edib ki, sözügedən 5 ölkənin razılığı olduğu halda “TASİM” layihəsinə digər dövlətlərdə fəaliyyət göstərən mobil operatorlar da qoşula bilər.
 
Qeyd edək ki, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsi olmaqla çox vacib regional təşəbbüsdür. Layihə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcəkdir. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir.
 
2008-ci ilin noyabrında 14-cü Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgi və konfransı (Bakutel) çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin təşəbbüsünü irəli sürüb. 2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə “TASİM”-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunub.
 
 
2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında “TASİM” layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul edilib. Layihənin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
2010-cu ilin aprelindən etibarən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “TASİM” layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirməkdədir.
 
İdarəetmə Qrupu beynəlxalq konsultant ilə əməkdaşlıqda “TASİM”-n ilkin biznes konsepsiyasını yaradıb və aparıcı regional dövlətlər və operatorlarla “TASİM” konsorsiumunun yaradılmasını müzakirə edib.
 
 
Son vaxtlar “TASİM” Katibliyi “TASİM” konsorsiumunun formalaşmasına razılaşan əsas telekom operatorlarının bir araya gətirilməsində əlaqələndirici rolu oynayıb. Katiblik həmçinin layihənin təşviqində səylərini davam etdirib və layihəyə yeni maraqlı tərəflərin cəlb edilməsinə xüsusi diqqət yetirib. Katiblik Avropa İttifaqı, Türkiyə, Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)  və Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurub və bu barədə müvafiq sənədlərdə əks etdirilib.
 
 
Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksəksəviyyəli İP şəbəkələr xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir.
 
 
“TASİM” uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit  infrastrukturunu yaradacaqlar. Bu tranzit infrastrukturu “TASİM”-ə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP internet  tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaqdır. Bu prosesin 2013-cü ilin axırında başa çatdırılması nəzərdə tutulur.
 
 
İkinci mərhələdə “TASİM” qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrinə münasib qiymətli bağlantı ilə təmin edəcəkdir. Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımından təkmilləşdiriləcək  və “TASİM” şəbəkəsinə birləşdiriləcəkdir. İkinci mərhələdə “TASİM” layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcəkdir.
 
 
“TASİM” layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə  və internet xidmətlərinin inkişafına kömək edəcəkdir. Bununla da iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına nail olunacaqdır.(ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş Assambleyası Azərbaycan - Avrasiya Alyansının yaradılması ilə bağlı qətnamə qəbul edib

05-09-2013

TASİM Cenevrədə ictimaiyyətə təqdim ediləcək

19-05-2015

Azərbaycanın “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir

03-11-2013

Sentyabrda “TASİM” layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı üzrə qətnamənin qəbul edilməsi gözlənilir

22-08-2013

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016

İran Azərbaycana kanallar təqdim edə bilər

27-08-2015

TASİM irəliləyir

06-03-2015

TASİM layihəsi dayandırılıb?

13-06-2016

Osman Gündüz: Bu, ölkəyə böyük dividentlər gətirəcək bir layihədir

14-01-2019

“TASİM region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək”

16-09-2015

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010

TASİM layihəsi Dünya Sammitində təqdim olunub

26-05-2015

TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

24-08-2015

BMT Baş Assambleyasında TASİM haqqında məruzə edilib

01-10-2015

Azərbaycan BMT-də qəbul olunması üçün “Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” ilə bağlı qətnamə layihəsi irəli sürüb

15-08-2013

“Transmilli Avrasiya super informasiya magistralı” layihəsinin əsası qoyulub

17-07-2009

“Azərbaycan region üçün mühüm İKT mərkəzinə çevrilib”

29-09-2015

Qiymətlərin aşağı salınması ilə bağlı mobil operatorlar arasında aparılan danışıqlar artıq başa çatmaq üzrədir

07-05-2014

Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı üzrə nazirlərin Regional Görüşü keçirilib

11-11-2008

Gürcüstanla sərhədboyu ərazilərdə rəqəmli televiziya və FM radio kanallarının yayımı ilə bağlı protokol imzalandı

29-07-2013

Asiya-Pasifik İnformasiya Magistralı üzrə toplantı keçirilib

07-09-2015

Ölkədə İKT-nin inkişafı üçün hansı işlər görülür?

29-09-2017

“Qərb-Şərq yüksəksürətli informasiya magistrali” layihəsi BMT-nin baş məclisinin sessiyasında müzakirə olunacaq

07-01-2009

“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

07-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə