Universitetlərdə texnoparkların yaradılması davam edir

01-02-2016 / 18:28

Azərbaycanın sosial-iqtisadi inkişafında iqtisadiyyatın şaxələnməsi, innovasiyalı iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanmasında İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən bu istiqamətdə görülən işlər 2015-ci ildə də uğurla davam etdirilib.

İqtisadiyyat Nazirliyindən  Xeberler.az-a bildiriblər ki, ötən il institutda qeyri-neft sektorunun, regionların, sahibkarlığın, sosial sahələrin, ixrac potensialının artırılması, qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması üçün model və üsulların işlənilməsi, iqtisadi rayonların pasportlarının yenilənməsi və s. sahələr üzrə elmi-tədqiqat və analitik təhlil işləri aparılıb, yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində tədbirlər həyata keçirilib.

Elmi-tədqiqat işləri ilə yanaşı, institut tərəfindən beynəlxalq təşkilat və maliyyə qurumları ilə birlikdə kadr potensialının gücləndirilməsi, birgə tədqiqat işinin aparılması, xarici əlaqələrin daha da genişləndirilməsi məqsədilə forum, konfrans, seminar, dəyirmi masa, təlim və s. tədbirlər təşkil edilib. Ötən dövr ərzində BMT-nin iqtisadi qurumları, İslam İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. maliyyə qurumları, o cümlədən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi yönümlü elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq davam etdirilib, müxtəlif sahələr üzrə birgə tədqiqatlar aparılıb.

Universitet-sənaye işbirliyi çərçivəsində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən ali təhsil müəssisələrində texnoparkların yaradılması istiqamətində araşdırmalar aparılıb və hazırda işlər davam etdirilir.

Bununla yanaşı, sahibkarların maarifləndirilməsi məqsədilə "Loqistika terminlərinin izahlı lüğəti", "Müəssisənin rəqabətqabiliyyətliliyini necə yüksəltməli?" və "İnnovasiya sual-cavabda" adlı yardımçı vəsaitlər hazırlanıb.

 Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.