Previous Next
Bağla

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016 12:05
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2016-cı il üçün fəaliyyət planı müzakirə olunub.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev iş planını təqdim edərək bildirib ki, rəhbərlik etdiyi şöbədə cari ildə informasiya və bilik iqtisadiyyatının formalaşması problemləri üzrə elmi-tədqiqatlar davam etdiriləcək. Bu məqsədlə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətləri, informasiya və bilik iqtisadiyyatını xarakterizə edən göstəricilər sisteminin işlənilməsi, informasiya və bilik iqtisadiyyatının inteqrativ alt indekslərinin hesablanması, informasiya cəmiyyəti şəraitində yaşıl iqtisadiyyata keçid və onun formalaşma səviyyəsini xarakterizə edən göstəricilər və indekslər sisteminin işlənilməsi istiqamətində araşdırmalar aparılacaq.

Əlövsət Əliyevin sözlərinə görə, cari ildə həmçinin texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üçün model və mexanizmlərin işlənilməsi, texnoparkların fəaliyyətinin təşkilində innovativ layihələrin idarə olunması problemlərinin təhlili, texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə makro göstəricilər sisteminin işlənilməsi, texnoparkların fəaliyyətinin səmərəlilik indeksi əsasında müqayisəli qiymətləndirilməsi metodikasının işlənilməsi nəzərdə tutulur.

Şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edən məruzəçi AR Prezidenti yanında Elmin İnkişafı Fonduna “İnformasiya və bilik iqtisadiyyatının formalaşması və inkişafı üzrə iqtisadi modellərin işlənilməsi”, AR Prezidenti yanında Bilik Fondu və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna “İnformasiya və bilik iqtisadiyyatının formalaşması və inkişafı” mövzusunda qrant layihələrin təqdim olunmasının planlaşdırıldığını bildirib. O, qeyd edib  ki, bəzi təşkilat və müəssisələrlə institutun innovativ fəaliyyəti ilə bağlı birgə layihələrin həyata keçirilməsi, müvafiq fond və təşkilatlara bilik və innovasiya iqtisadiyyatının elmi-nəzəri əsaslarının formalaşması məsələləri ilə əlaqədar qrant layihələrin təqdimatı üzrə işlər davam etdiriləcək.

Əlövsət Əliyev bildirib ki, Daşkənd Dövlət Texniki Universiteti, Türkiyənin Yıldız Texnoparkı, Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı və Belorusiya MEA-nın İqtisadiyyat İnstitutu və müvafiq təşkilatlarla beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlər davam etdiriləcək.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya və bilik iqtisadiyyatının, o cümlədən texnoparkların fəaliyyətinin elmi-nəzəri əsaslarının dərindən araşdırılması, bu sahələr üzrə beynəlxalq təcrübənin tədqiqi, dünyanın aparıcı universitetlərinin tədris proqramlarının öyrənilməsinin vacibliyini qeyd edib.

 

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017
İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

28-11-2019
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
Texnoparkların idarə olunması ilə bağlı  elmi seminar keçirilib

Texnoparkların idarə olunması ilə bağlı elmi seminar keçirilib

30-03-2016
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016
Big Data ilə bağlı elmi araşdırmalar davam edir

Big Data ilə bağlı elmi araşdırmalar davam edir

09-02-2017
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015
Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

26-10-2015
İnformasiya Texnologiyaları İnstitutunda cəmiyyətin inklüziv inkişafı problemləri araşdırılıb

İnformasiya Texnologiyaları İnstitutunda cəmiyyətin inklüziv inkişafı problemləri araşdırılıb

27-02-2019
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə