Previous Next
Bağla

Texnoparkların idarə olunması ilə bağlı elmi seminar keçirilib

30-03-2016 15:04
Texnoparkların idarə olunması ilə bağlı  elmi seminar keçirilib

Müasir dövrdə texnoparkların yaradılması elmi-texnoloji nailiyyətlərə əsaslanan iqtisadiyyatın davamlı inkişafına və onun rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Texnoparklar, həmçinin innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsinə və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin təşkilinə, innovasiya şirkətlərinin formalaşdırılmasına, təhsil-elmi tədqiqat-sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə yeni imkanlar yaradır.

Xeberler.az-ın məlumatına görə, bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin seminarında çıxış edən institutun böyük elmi işçisi Roza Şahverdiyeva bildirib.

 “Texnoparkların yaradılması və idarə olunması problemlərinin təhlili” mövzusunda məruzə ilə çıxış edən R.Şahverdiyeva texnoparkların yaradılması məqsədlərindən danışıb.

Müasir dövrdə texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələrini diqqətə çatdıran məruzəçi bu sahələrin İKT, ekologiya, elektronika, proqram mühəndisliyi,  kompüter avadanlığı, biznes-sənaye xidmətləri, biotexnologiya və nanotexnologiya kimi sferaları əhatə etdiyini söyləyib.

O, həmçinin texnoparkın funksiyaları, fəaliyyət göstəriciləri və müasir idarəetmə texnologiyaları, gələcəyin innovativ istehsal müəssisəsinin inkişaf istiqamətləri, intellektual sistemlərin tətbiqi, idarəetmədə insan faktorunun rolunun artırılması kimi problemlər barədə məlumat verib.

Texnoparkların idarəedilməsi üzrə rast gəlinən problemlərdən söz açan məruzəçi bu problemlərin inkişafın planlaşdırılması, fəaliyyətin təşkili, fəaliyyətin motivasiyası və dövlət nəzarəti üzrə problemləri əhatə etdiyini vurğulayıb.

“Texnoparkların fəaliyyətinin idarə olunması sisteminə innovativ texnologiyaların tətbiqi ilə bir sıra səmərəli nəticələrə nail olmaq mümkündür”, – deyə bildirən R.Şahverdiyeva idarəetmə strukturunun effektivlilik səviyyəsinin yüksəldilməsi, kreativ insan resurslarınından istifadə, idarəetmə qərarlarının  səmərəliliyinin və texnoparkların  rentabellik səviyyəsinin yüksəldilməsi, innovativ məhsul və xidmətlərin  beynəlxalq bazarlara çıxış imkanlarının artırılması və s.-nin məhz bu məqsədlərə xidmət etdiyini söyləyib.

Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

26-10-2015
Texnoparkların  idarə olunmasının problemləri araşdırlır

Texnoparkların idarə olunmasının problemləri araşdırlır

19-05-2016
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016
Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025
Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması araşdırılıb

Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması araşdırılıb

26-09-2025
AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016
Universitetlərdə texnoparkların yaradılması davam edir

Universitetlərdə texnoparkların yaradılması davam edir

01-02-2016
E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025
“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025
Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015
AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

08-11-2021
Texnoparkların yaradılması müzakirə edilib

Texnoparkların yaradılması müzakirə edilib

02-11-2015
Texnologiyaların idarə olunması ilə bağlı konfrans keçiriləcək

Texnologiyaların idarə olunması ilə bağlı konfrans keçiriləcək

02-11-2015
AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016
Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi”  fəaliyyətə başlayıb

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

03-02-2021
İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

28-11-2019
İnformasiya Texnologiyaları İnstitutunda cəmiyyətin inklüziv inkişafı problemləri araşdırılıb

İnformasiya Texnologiyaları İnstitutunda cəmiyyətin inklüziv inkişafı problemləri araşdırılıb

27-02-2019
Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017
Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

06-10-2016
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə