Previous Next
Bağla

Texnoparkların idarə olunmasının problemləri araşdırlır

19-05-2016 15:25
Texnoparkların  idarə olunmasının problemləri araşdırlır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminarda insitutun böyük elmi işçisi  Roza Şahverdiyeva “İKT-texnoparklarının idarə olunmasının sosial problemləri” mövzusunda məruzə ilə çıxış  edib.

Məruzəçi texnoparklar və onların sosial məsələlərin həllində rolu, texnoparklarda sahibkarlıq fəaliyyəti, onların idarə edilməsində mövcud problemlər haqqında ətraflı məlumat verdi, texnoparklarda innovativ layihələr, burada innovativ mühiti xarakterizə edən göstəricilərin və texnoparkların informasiya təminatı sistemlərinin işlənilməsi məsələlərə toxunub.

Bu barədə Xeberle.az-a AMEA-dan məlumat verilib.

R.Şahverdiyeva texnoparklarda intellektual sistemlərin tətbiqi, innovasiya və elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, insan faktorunun rolunun artırılması, müştərinin tələbatına istiqamətlənmiş innovasiya xidmətləri, yeni İKT-nin işlənilməsi, alim və yüksəkixtisaslı mütəxəssislərin potensialından effektiv istifadə, texnoloji modernləşdirmə və informasiya təminatının təkmilləşdirilməsinin prinsipcə həm də  gələcəyin innovativ elmi-tədqiqat və istehsal müəssisəsinin əsas inkişaf istiqamətləri olduğunu qeyd edib.

O, bildirib ki, “Avropa 2020” strategiyasının da əsas məqsədi məhz iqtisadi dayanıqlılıq, intellektual potensialın yüksəldilməsi, sosial inkişafa nail olmaqdır. Kompleks tədbirlər proqramında investisiyalarda dövlət və özəl sektorun payının artırılması, səmərəli enerji siyasətinə nail olunması, ekoloji-iqtisadi idarəetmənin təkmilləşdirilməsi,  alternativ enerji mənbələrindən istifadə səviyyəsinin artırılması, sosial yardıma ehtiyacı olanlar üçün mobil texnologiyaların işlənilməsi kimi mühüm məsələlərə geniş yer ayrılıb.

“Texnoparklar iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kreativ insan resursları üçün əlverişli şəraitin yaradılması, innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, yüksəkixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması, innovasiya şirkətlərinin formalaşdırılması, təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, regionların sosial-iqtisadi inkişafına dəstək, sosial problemlərin həllinə kömək, elmtutumlu məhsulun kiçik seriyalarla istehsalı, onun yerli və xarici bazarlarda satışı məqsədilə yaradılır”, – deyə R.Şahverdiyeva qeyd e edib.

Onun sözlərinə görə, texnoparklarda sosial inkişaf siyasəti insan resurslarının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn siyasətdir. Texnoparklarda sosial-iqtisadi inkişaf sosial münasibətlərin formalaşmasında yeni və daha əlverişli şəraitin yaradılmasını nəzərdə tutur. Sosial inkişafın dayanıqlılıq səviyyəsinin yüksəldilməsi, mütəxəssislərin sağlamlıq və sosial rifahının artırılması, iş şəraitinin yaxşılaşdırılması, mütəxəssislərin sosial-psixoloji şəraitinin təkmilləşdirilməsi texnoparkın sosial inkişafının tərkib elementləridir.

Texnoparkların fəaliyyətinin respublikanın sosial mühitinə təsirindən söz açan R.Şahverdiyeva onların iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkənin elm, təhsil və mədəniyyət sahələrində dayanıqlı inkişafına nail olmaq, işsizlik səviyəsinin azalmasına dəstək, yüksəkixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması, regional inkişaf səviyyəsinin yüksəldilməsi, startap layihələrinin inkişafına və gənclərin intellektual potensialının formalaşmasına dəstək göstərilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində mühüm rol oynadığını nəzərə çatdırıb.

Məruzəçi texnoparklarda sahibkarlıq fəaliyyətinin əsas problemlərini və inkişaf istiqamətlərini diqqətə çatdırıb. O, bildirib ki, texnoparkın qeydiyyat şəhadətnaməsini alaraq orada fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs texnoparkın rezidenti kimi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, texnoparklar haqqında Əsasnaməyəvə idarəedici təşkilatla bağladığı müqaviləyə əsasən həyata keçirir.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Texnoparkların idarə olunması ilə bağlı elmi seminar keçirilib

30-03-2016

Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

26-10-2015

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025

Universitetlərdə texnoparkların yaradılması davam edir

01-02-2016

İnformasiya Texnologiyaları İnstitutunda cəmiyyətin inklüziv inkişafı problemləri araşdırılıb

27-02-2019

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

03-02-2021

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

“Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” monoqrafiyası nəşr olunub

19-11-2024

Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması araşdırılıb

26-09-2025

İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları tədqiq edilir

24-06-2023

İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

28-11-2019

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016

Texnologiyaların idarə olunması ilə bağlı konfrans keçiriləcək

02-11-2015

Avropa İttifaqı və BMTİP Azərbaycana dəstək göstərir

12-04-2022

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020

“İKT milli iqtisadiyyatın aparıcı sektoruna çevrilib”

23-09-2016

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

YTP mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

11-08-2022

“Elektron tibb e-elmin tərkib hissəsidir”

16-05-2016

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

“Qabaqcıl texnologiyaların tətbiqi istiqamətində ciddi islahatlar həyata keçirilir”

20-12-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə