Xeberler.az İKT portalı 9 yaşını qeyd edir

22-06-2017 / 10:07

Bu gün Xeberler.az İKT portalının 9 yaşı tamam olur.

Xeberler.az ölkədə İKT sahəsində milli kontent formalaşdırmaq, oxucuları  Azərbaycanda və dünyada İKT sahəsində baş verən yeniliklərlə tanış etmək məqsədilə yaradılıb.

Xatırladaq ki, İKT xəbər portalı  2006-cı ildə çap  formada fəaliyyətə başlayan “Online” Jurnalının elektron versiyası olaraq  22 iyun 2008-ci ildən fəaliyyətdədir. 

Sayt 2014-cü ilin oktyabrından yeni komanda formalaşdırıb, portalda struktur və dizayn dəyişikliyi edilib.

Hazırda portalda multimedia formatda materialların hazırlanmasına üstünlük verilir.

Portalın iOS və Android üçün mobil əlavələri  və çoxsaylı oxucuları olan sosial media resursları (Facebook, Twitter, Instagram, YouTube)  da mövcuddur. Oxucular mobil tətbiqləri yükləyərək, texnoloji yeniliklərdən daha tez xəbər tuta bilər.

Oxucuların rəyinə əsaslanaraq qeyd edə bilərik ki, resurs qısa bir müddətdə  ölkənin İKT ictimaiyyətinin əsas informasiya mənbəyinə çevrilib. 

Xeberler.az-da  yalnız gündəlik İKT xəbərlərini yox, həmçinin icmal yönümlü yazıları, müxtəlif maraqlı müsahibələri, İKT tədbirləri və konfransları haqqında məlumatları, keçirilən tədbirlərin  fotoreportajlarını əldə etmək olar.

Sayt ölkənin İKT bazarının spesifik sahələrinin işıqlandırılmasında mühüm yer tutur.  Belə ki, portal müxtəlif İT qurumlarla əməkdaşlıq edir, İT tədbirlərə informasiya dəstəyi göstərir.

Bununla yanaşı, Xeberler.az xarici ölkələrdə təhsil alıb, İKT üzrə işləyən həmyerlilərimizi də axtarıb tapır və onların fəaliyyətini cəmiyyətə təqdim edir.

Sayt ölkədə startap ekosisteminin inkişafı və formalaşmasına da informasiya dəstəyi verir, cəmiyyətə bu trend barədə mütəmadi məlumatlar təqdim edir. Həmçinin, qlobal dünyada baş verən İKT xəbərlərini də operativ işıqlandırır.

Qeyd edək ki, görülən işlərin nəticəsi olaraq qısa zamanda portal öz ətrafına geniş oxucu auditoriyası toplaya bilib.

Ölkədə İKT üzrə çoxsaylı rubrikalar və layihələr, analitik yazılar, araşdırmalar və müsahibələr, İKT üzrə maraqlı reportajlar, milli startapların inkişafı, İKT-nin müxtəlif sahələri ilə bağlı sorğular, Elektron Hökumət quruculuğu, İKT sahəsində qanunvericilik, yeni texnologiyalar barədə maarifləndirici yazılar və s. kimi məsələlər Xeberler.az portalının əsas fəaliyyət istiqamətləridir.

Xeberler.az fəaliyyətində kəmiyyət yox, keyfiyyəti əsas amil olaraq seçib.

Bütün komandamızı  Xeberler.az-ın ad günü münasibətiylə təbrik edirik, bundan sonra da uğurlu və operativ fəaliyyət arzu edirik!

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə