Bu gün Xeberler.az İKT portalının 8 yaşı tamam olur.
Xeberler.az ölkədə İKT sahəsində milli kontent formalaşdırmaq, oxucuları Azərbaycanda və dünyada İKT sahəsində baş verən yeniliklərlə tanış etmək məqsədilə yaradılıb.
İKT xəbər portalı 2006-cı ildə çap formada fəaliyyətə başlayan “Online” Jurnalının elektron versiyası olaraq 22 iyun 2008-ci ildən fəaliyyətdədir.
Xeberler.az 2014-cü ilin oktyabrından yeni komanda formalaşdırıb, portalda struktur və dizayn dəyişikliyi edilib.
Hazırda portalda multimedia formatda materialların hazırlanmasına üstünlük verilir.
Portalın mobil versiyaları da istifadəyə verilib.
Xeberler.az qısa bir müddətdə ölkənin İKT ictimaiyyətinin əsas informasiya mənbəyinə çevrilib.
Ölkədə çoxsaylı xəbər saytalarının hər gün təqdim etdiyi xəbərlər içərisində “əriyib” yoxa çıxan bəzi İKT xəbərləri üçün əsas mənbə məhz Xeberler.az portalıdır.
Xeberler.az resursunda yalnız gündəlik İKT xəbərlərini yox, həmçinin icmal yönümlü yazıları, müxtəlif maraqlı müsahibələri, İKT tədbirləri və konfransları haqqında məlumatları, keçirilən tədbirlərin fotoreportajlarını əldə etmək olar.
Xeberler.az ölkənin İKT bazarının spesifik sahələrinin işıqlandırılmasında mühüm yer tutur. Portal müxtəlif İT qurumlarla əməkdaşlıq edir, müxtlif İT tədbirlərdə informasiya dəstəyi göstərir.
Bununla yanaşı, xarici ölkələrdə təhsil alıb, İKT üzrə işləyə həmyerlilərimizi də axtarıb tapır və onların fəaliyyətini cəmiyyətə təqdim edir.
Xeberler.az ölkədə startap ekosisteminin inkişafı və formalaşmasına da informasiya dəstəyi verir, cəmiyyətə bu trend barədə mütəmadi məlumatlar təqdim edir.
Həmşinin, qlobal dünyada baş verən İKT xəbərlərini də operativ işıqlandırır.
Qeyd edək ki, görülən işlərin nəticəsi olaraq qısa zamanda portal öz ətrafına geniş oxucu auditoriyası toplaya bilib.
Ölkədə İKT üzrə çoxsaylı rubrikalar və layihələr, analitik yazılar, araşdırmalar və müsahibələr, İKT üzrə maraqlı reportajlar, milli startapların inkişafı, İKT-nin müxtəlif sahələri ilə bağlı sorğular, Elektron Hökumət quruculuğu, İKT sahəsində qanunvericilik və s. bütün bunlar Xeberler.az portalının əsas fəaliyyət istiqamətləridir.
Xeberler.az fəaliyyətində kəmiyyət yox, keyfiyyəti əsas amil olaraq seçib.
Bütün komandamızı Xeberler.az-ın ad günü münasibətiylə təbrik edirik, bundan sonra da uğurlu və operativ fəaliyyət arzu edirik.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri