Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Məlumat verdiyimiz kimi, bu il müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.
Ötən yazımızda MilliNet-in “Bloqlar” Nominasiyası üzrə nominant statusu alan saytlar haqda məlumat vermişdik.
Bu dəfə isə MilliNet-in“ Media və informasiya” Nominasiya üzrə seçilən saytları təqdim edirik.
Bunlar “Fins.az”, “Eurasiadiary.az”, “Sportline.az”, “Surf.az”, “Texno.biz”, “Worldmedia.az”, “Karabakh.today" saytlarıdır.
İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.
Fins.az- Azərbaycanda ilk ixtisaslaşdırılmış sığorta xəbərləri saytı kimi fəaliyyətə başlayıb. Daha sonra maliyyə sektorunun bütün sahələrininin fəaliyyəti haqqında xəbərlər və analitik materiallar hazırlayan xəbər saytına çevrilib. Hazırda sayt maliyyə sektoru ilə yanaşı, avtomobil, əmlak, turizm, İKT, sənaye, nəqliyyat və s. sahələrindəki yenilikləri ictimaiyyətə çatdırmaqla məşğuldur. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Eurasiadiary.az- Portalın əsas məqsədi 5 dildə ( Azərbaycan, rus, ingilis, ərəb, türk) Avrasiya məkanında həmçinin, dünyanın qaynar münaqişə ocaqlarından operativ informasiyaların obyektiv şəkildə yerli və xarici müəlliflərin imzasıyla oxuculara çatdırmaqdır. Sayt 4 dildə fəaliyyət göstərir.
Sportline.az- Saytın ideya müəllifi Tural Xudiyevdir. Sayt AFFA yanında Media Komitəsinin üzvüdür və komitənin iki layihəsini icra edib.Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Surf.az- Sayt xəbər aqreqatorudur. Azərbaycan eləcədə dünyada baş verən ən son xəbərləri jurnalist əməyi olmadan avtomatik bazaya yığan, sosial şəbəkələrdə paylaşan və bir resurdan oxumağa imkan verən sistemdir. Sayt 2 dildə ( Azərbaycan və rus) fəaliyyət göstərir.
Texno.biz- Saytda texnoloji yeniliklər, xəbərlər, oyunlar, sosial media və digər istiqamətlərdə yazılar dərc olunur. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Worldmedia.az-Sayt Azərbaycan haqda xarici mətbuatda yer almış məqalə və reportajların Ana dilinə tərcümə edilərək, ölkənin informasiya məkanında yayılması məqsədilə yaradılıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir
Karabakh.today -Portal dünyada baş verən hadisələri tərəfsiz bir şəkildə oxuculara çatdırmaq üçün yaradılmış analitik xəbər portalıdır. Sayt 5 dildə fəaliyyət göstərir.
Qeyd edək ki, istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az saytında şərhlər bölməsində yaza bilərlər.
Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Delta Telecom, BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri