Yeni İKT komissiyası yaradılıb-Foto

18-04-2016 / 22:10

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın ilk iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, iclasda SİNAM şirkətinin direktor, Goldenpay şirkətinin rəhbəri, Azərbaycan İnternet Forumunun prezidenti, həmçinin Leneovo, Microsoft şirkətinin ölkə nümayəndiliyinin rəhbəri , Cybernet, Raphael Group şirkətlərinin direktorları da iştirak edib.

Görüşə İKT üzrə mütəxəssislər də qatılıb.

Cari il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının ölkədə özəl sektorun inkişafı istiqamətində böyük öhdəlikləri olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev yeni yaradılan komissiyanın işinə uğurlar arzulayıb.

O bildirib ki, komissiyanın tərkibinə nəzər saldıqda görünür ki, bu komanda gələcəkdə öz işlərini günün tələblərinə uyğun quracaq, ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atacaq.

Tədbirdə komissiyanın yaradılması barədə ASK-nın Rəyasət Heyətinin qərarı, komissiyanın üzvlüyünə namizədlərin təsdiqi, komissiyanın strateji istiqamətləri və fəaliyyət planları haqda müzakirələr olub.

Qeyd edilib ki, komissiyasının yaradılmasında əsas məqsəd Nəqliyyat,Rabitə və İKT müəssislərinin ASK-nın timsalında ölkədə milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi və əlaqləndirilməsi, onların fəal potensialından istifadə edərək xarici iqtisadi əlaqələri və beynəlxalq iqtisadi əməkdaşlığı müasir tələblərə uyğun qurmaqdır. Həmçinin, komissiya sahibkarlıq fəaliyyətinin inkişafına da dəstək verəcək.

Neuron Technologies şirkətinin baş direktoru İsmayıl Ələkbərov komissiyasının sədri seçilib.

İclasda həmçinin ölkədə startap ekosisteminin inkişafı, texnoparkların fəaliyyəti və investorlar məsələsi də toxunulub. Ekpertlər və İT şirkət rəhbərləri İT-nin İnkişafına Dəstək Fondunun innovativ layihələr üçün təşkil etdiyi qrant müsabiqələri barədə də fikir və təkliflərini səsləndirib.


Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov ona göstərilən etimada görə iclas iştirakçılarına öz təşəkkürünü bildirib.

İsmayıl Ələkbərov deyib ki, Azərbaycanda rabitə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensial mövcuddur.

O həmçinin, komissiyann qarşısında duran vəzifələrdən də söhbət açıb:

“Ölkəmizdə rabitə və İKT sahəsində fəaliyyət göstərən şirkətlərinin maraqlarının əlaqələndirilmiş formada təmsil etmək, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərinin xarici ölkələrə ixracının təşviq edilməsi əsas istiqamətlərdən biri olacaq”.

 İsmayıl Ələkbərov qeyd edib ki, sözügedən komissiya rabitə və İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin maraqlarını təmsil etməklə yanaşı, bu sahədə özəl sektorun inkişafı, milli məhsulların xarici ölkələrdə təşviq edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclasındə “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın yaradılması qərara alınıb.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.