Previous Next
Bağla

Ölkədə İT şirkətlərə tətbiq edilən vergi siyasətinin dəyişdirilməsi təklif edilir

29-01-2021 16:52
Ölkədə İT şirkətlərə tətbiq edilən vergi siyasətinin dəyişdirilməsi təklif edilir

Yanvarın 28-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal Texnologiyalar üzrə Komissiyasının iclası keçirilib.

Xeberler.az bu barədə ASK-ya istinadən məlumat verir.

Bu sahədə böyük təcrübəyə malik mütəxəssis Elçin Əliyevin sədr olduğu komissiya 2021-ci il üçün fəaliyyət hədəflərini açıqlayıb.

İclası açan E.Əliyev bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Rəşad Nəbiyevin təyin edilməsi bu sahədə qarşıya yeni prioritetlərin qoyulduğunu göstərir. “Cənab Prezident nazirlə olan onlayn görüşdə bildirdi ki, azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına əsaslanmalıdır. Təhsildə kadr potensialının gücləndirilməsinə və s. məsələlərə diqqət artırılmalıdır”.

E.Əliyev bu vəzifələrdən irəli gələrək Komissiyanın qarşısına qoyduğu hədəflər barədə məlumat verib. Hədəflərə əsasən, işğaldan azad edilmiş ərazilərdə texnologiyaların, alternativ enerji texnologiyalarının tətbiqi, dövlət-özəl tərəfdaşlığı, Azərbaycanın texnologiya istehsalçısı kimi öz imicini gücləndirilməsi, innovasiyaların təhsilə daha yaxın olması, yeni peşələrin hazırlanması, startaplara Azərbaycanda fəaliyyət üçün şəraitin daha da əlverişli vəziyyətə yüksəldilməsi, dördüncü sənaye inqilabı ilə bağlı proseslərin ölkəmizdə reallaşdırılması, İT şirkətlərin ixrac potensialını artırmaq, hərbi sahədə texnologiyalara xüsusi diqqət yetirilməsi, süni intellektin inkişafı, diqqət mərkəzində olacaq.

Bununla bağlı Komissiyanın işçi qruplarının da fəaliyyət istiqamətləri müəyyən edilib. Müzakirələrdə Komissiya üzvləri Qaçay Mirzəyev, İlham Namazov, Rauf Həsənov, Ceyhun Mollazadə, Rüfət Hacıəlibəyov, İqor Yakovenko, Firudin Əkbərov iştirak ediblər. Mütəxəssislər ölkədən beyin axınlarının olmaması üçün İT şirkətlərə tətbiq edilən vergi siyasətində daha sərfəli şərtlərə keçmək, startapların gücləndirilməsi, əqli mülkiyyət və sair məsələlər üzərində təkliflərlə çıxış ediblər. Qərara alınıb ki, təkliflər ASK vasitəsilə dövlət-özəl dialoqu platforması çərçivəsində hökumətə təqdim edilsin”.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sahibkarlar dövlət qurumlarının İKT xidmətlərinin alışına dair siyasətindən narazıdır

30-05-2025

Yeni İKT komissiyası yaradılıb-Foto

18-04-2016

İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

04-11-2016

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023

İKT sahəsi ilə bağlı komissiya yaradılıb

26-02-2016

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021

Bakıda rəqəmsal inkişaf və nəqliyyat prioritetlərinə dair seminar keçirilir

27-01-2022

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının növbəti iclası keçirilib

05-11-2021

Nazir: "ABŞ şirkətlərinin "ağıllı texnologiya" təcrübəsinin tətbiqinə hazırıq"

28-07-2021

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022

Rəşad Nəbiyev dövlətin radiotezliklərlə bağlı siyasətini açıqlayıb

09-02-2022

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

01-07-2021

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021

Nazir Ramin Quluzadə ilə ICESCO-nun Baş direktoru arasında görüş keçirilib

14-01-2021

Strategiyanın icrası müzakirə olunub

22-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə