Previous Next
Bağla

Azərbaycanın İT şirkəti məhsullarını xarici bazara çıxarır

08-01-2016 12:35
Azərbaycanın İT şirkəti məhsullarını xarici bazara çıxarır

Azərbaycanda milli valyutanın kəskin devalvasiyaya uğraması ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsinin müstəsna çıxış yolu olduğunu bir daha sübut etdi.  Azərbaycanın ixracının 90 fazidən çoxu neft və neft məhsullarıdır və ölkəmizə daxil olan xarici valyuta hazırda əsas etibarilə neft satışından əldə olunur. 

Belə bir dönəmdə Azərbaycanın innovativ və aparıcı texnologiya şirkəti olan Neuron Technologies beynəlxalq bazarlara çıxış üzrə strateji qərar verərək, informasiya texnologiyaları sahəsində həllərinin müxtəlif ölkələrdə fəal təşviqinə başlayıb.

Şirkət hazırda Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Neuron Technologies hazırda Tanzaniyada dövlət təhsil sistemi üçün  “Tələbə məlumatlarının idarə edilməsi sisteminin tətbiqi” üzrə beynəlxalq tenderdə iştirak edir. Tenderin tələblərinə görə, Tanzaniyanın Dövlət Təhsil Təsisatı üçün tələbə məlumatlarının idarə edilməsi sistemi işlənib hazırlanmalı, proqram təminatı və avadanlıq-aparat sistemi təchiz edilməli, təlimlər keçirilməli, konsultasiya və davamlı dəstək xidmətləri göstərilməlidir.

Qeyd edək ki, Azərbaycan şirkəti sözügedən tenderdə dünyanın müxtəlif ölkələrindən olan İT  şirkətlərlə rəqabət aparır.  Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 1 ay müddətində məlum olacaq. 

Neuron Technologies şirkəti bu rəqabətli prosesdə artıq ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiqinə başladığı Unibook tədrisin informasiya idarəetmə sisteminə əsaslanan “Tələbə məlumatlarının idarə edilməsi” həlli ilə iştirak edir.  Azərbaycanda tətbiq edilməkdə olan bu sistem təhsil üzrə beynəlxalq ekspertlərin müsbət rəyini alıb.

Neuron Technologies Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərindən biridir. Şirkət proqram təminatının işlənib hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, informasiya kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə ixtisaslaşıb. Neuron Technologies son illər ölkəmizdə təhsil, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin hazırladığı proqram təminatı məhsullarına bir sıra xarici ölkələr maraq göstərir. Hazırda Neuron Technologies şirkətinin hazırladığı intellektual məhsulların xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.

Məltəm Talıbzadə 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

21-07-2015

Azərbaycan İT şirkəti beynəlxalq tenderin qalibi olub

30-06-2017

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017

Azərbaycan İT şirkəti İran bazarına daxil olur

17-11-2015

Fransalı İT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq

03-04-2015

Azərbaycan İlahiyyat İnstitutunda Unibook sisteminin tətbiqinə başlanılıb

14-02-2019

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016

Azərbaycanın təhsil sistemində yenilik

13-09-2016

Azərbaycan şirkəti Tanzaniyada keçirilən texnoloji tenderdə iştirak edir

06-04-2014

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

İT şirkətimizin fəaliyyəti beynəlxalq forumda qiymətləndirilib

05-12-2015

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

18-09-2014

Neuron Technologies şirkətinə yeni müdir gəldi

01-10-2015

Azərbaycan Macarıstanla birgə İKT layihələri həyata keçirəcək

14-10-2015

Azərbaycan İT şirkətləri xarici tenderdə iştirak edir

23-01-2017

SİNAM şirkəti İT-həllərini Qırğızıstanın Dövlət Vergi Xidmətində tətbiq edəcək

26-06-2010

Səhiyyə sahəsində vahid elektron idarəetmə sistemi yaradılır

24-05-2015

Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015

Yeni İKT komissiyası yaradılıb-Foto

18-04-2016

Ness Technologies şirkəti Azərbaycanda ofisini açıb

13-11-2008

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

04-05-2016

İT şirkətlərimiz birgə layihə reallaşdırır

04-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə