Previous Next
Bağla

İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

04-11-2016 13:03
İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkında Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən yaradılan İKT Komissiyasının 2-ci toplantısı keçirilib. 

Xeberler.az-ın məlumatına görə,  toplantıda Komissiyanın üzvü qismində Azərbaycanın İKT sahəsində aparıcı şirkətlərinin rəhbərləri, informasiya cəmiyyətinin tanınmış nümayəndələri, yüksək texnologiyalar üzrə ölkəmizin beyin mərkəzləri, informasiya texnologiyaları üzrə tanınmış iş adamları iştirak etdi.  Komissiyanın iclasında həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Məlumat Hesablama Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondu, (AZPROMO), Milli Elmlər Akademiyasının, ADA Universitetinin rəhbərliyi iştirak edib. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının Komissiya sədri İsmayıl Ələkbərov tədbiri giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iri-miqyaslı islahatlar prosesinə ölkə sahibkarların dəstək olduğunu bildirib.  Komissiya sədri ölkəmizin biliyə və intellektə əsaslanan yeni iqtisadi model əsasında inkişafının vacibliyini vurğulayaraq, fəaliyyətini bu istiqamətdə quran İKT Komissiyasının strategiyası, gələcək iş prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verib.  Həmçinin, Komissiyanın ölkəmizdə İKT və rabitə sahəsində fəaliyyət göstərən biznes dairələrini birləşdirən aparıcı platforma olduğu qeyd edilib.

Toplantıda iştirak edən digər qurumların nümayəndələri tərəfindən ölkəmizdə yüksək texnologiyaların, innovasiyaların, startapların inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, İKT-nin inkişafı istiqamətində dövlətin siyasəti, sahibkarlığın inkişafı və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində dövlət-özəl tərəfdaşlığının yaradılmasının vacibliyi vurğulanıb.

İclas zamanı Azərbaycan İKT Sənayesinin Strateji İnkişaf Planı, Azərbaycanda İKT sahəsində işgüzar dairələri öz sıralarında birləşdirəcək ixrac yönümlü Milli Assosiasiyanın yaradılması, İKT həllərinin və məhsullarının xarici bazarlara ixracının təşviqi, elektron ticarət və qanunvericiliyinin vəziyyəti və əqli mülkiyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Komissiyanın iclası zamanı aparılan müzakirələrdə İKT sahəsində biznes mühitinin yaxşılaşdırılması, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərimizin xarici bazarlara ixracının təşviq edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və startap hərəkatınına təkan verilməsi üçün konkret təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim edilməsi qərara alınıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 İKT Komissiyası növbəti  dəfə toplanır

İKT Komissiyası növbəti dəfə toplanır

03-11-2016
İKT Komissiyasının iclası keçirilir-Foto

İKT Komissiyasının iclası keçirilir-Foto

03-11-2016
Yeni  İKT komissiyası yaradılıb-Foto

Yeni İKT komissiyası yaradılıb-Foto

18-04-2016
İKT sahəsi ilə bağlı  komissiya yaradılıb

İKT sahəsi ilə bağlı komissiya yaradılıb

26-02-2016
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019
Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə Komissiyasının iclası başlanır

Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə Komissiyasının iclası başlanır

17-12-2009
İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015
İKT sahəsində İnvestorlar Klubu yaradılıb

İKT sahəsində İnvestorlar Klubu yaradılıb

01-10-2018
Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə  görüş keçirib

Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib

13-03-2021
Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

27-12-2018
Bakcell Enerji və İKT üzrə biznes-forumunun keçirilməsinə dəstək göstərdi

Bakcell Enerji və İKT üzrə biznes-forumunun keçirilməsinə dəstək göstərdi

12-10-2018
Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018
Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017
Sahibkarlar dövlət qurumlarının İKT xidmətlərinin alışına dair siyasətindən narazıdır

Sahibkarlar dövlət qurumlarının İKT xidmətlərinin alışına dair siyasətindən narazıdır

30-05-2025
Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016
Ramin Quluzadə İKT sahəsində çalışanları təbrik etdi

Ramin Quluzadə İKT sahəsində çalışanları təbrik etdi

31-12-2015
Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

21-10-2015
QDİƏT üzvləri İKT sahəsində  əməkdaşlıq imkanlarını müzakirə edib

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə