Zaqatalada nə qədər internet istifadəçisi var?

11-12-2017 / 14:43

Bu il Zaqatalanın Qəbizdərə kəndində elektron ATS və internet avadanlığı quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Rayonun Aşağı Çardaxlar, Qazangül, Bəhmətli, Muxax, Uzunqazmalar, Yengiyan, Uzuntala, Qandax, Faldar və Yuxarı Çardaxlar kənd elektron ATS-lərində əlavə olaraq müxtəlif tutumlu internet avadanlıqları quraşdırılıb.

Bu barədə Xeberler.az-a Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, il ərzində 51 elektron ATS-in sıradan çıxmış hissələri və daxili xətt şəbəkəsi yenidən təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb.

Görülən işlər nəticəsində xidmət keyfiyyəti yüksəlib, telefon xidməti abunəçilərinin sayı 450, internet abunəçilərinin sayı isə 1500 istifadəçi artıb.

Hazırda Zaqatala rayonu üzrə 23 min sabit telefon abunəçisi var ki, onların da 60 faizi internet abunəçisidir. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.