Facebook martın 15-də bağlanır

09-01-2011 / 15:14

Facebook martın 15-də fəaliyyətini dayandırır!

Mark Tsukerbergin bu açıqlaması hamını şoka saldı!

Xeberler.az Weekly News qəzetinə istinadən xəbər verir ki, istifadəçi sayına görə (540.000.000) dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook martın 15-də rəsmi olaraq fəaliyyətini dayandıracaq.Bu barədə açıqlama verən sayt yaradıcısı Mark Tsukerberq artıq şəbəkənin idarəolunmaz olduğunu söyləyib.Öz ofisində keçirdiyi mətbuat konfransında sayt yaradıcısı Facebook-un onun həyatını alt-üst etdiyini qeyd edib:

 \\\"Bütün bu işlərə son qoymaq istəyirəm! Gərgin iş rejimi və stressdən azad olmaq istəyirəm\\\"

Şəbəkənin texniki suallar üzrə direktoru Avrat Humarthi bildirib ki martın 15-i sayt tamamilə bağlanacaq.Ordan olan şəkillərinizi isə yalnız internet vasitəsi ilə geri götürə biləcəksiz.Markın sözlərinə görə bu qərar nə qədər üzücü olsa da,heç kim təəsüflənməyəcək,və bu addım yaxşılığa doğru atılan bir addımdır,insanlar real həyata üz tutub orda dost axtarışı davam etdirsələr daha yaxşı olar.Nəzərinizə çatdıraq ki Tsukerbergin bu addımını maaliyə sektorunda olan iş adamları sərt tənqid ediblər.Onların sözlərinə görə ümumi dəyəri 7,9 milyard $ olan və ildə milyonlarla $ gəlir gətirən şəbəkənin bağlanması ağılsızlıqdır.

“Mən heç vaxt pul düşkünü olmamışam,sadəcə olaraq köhnə həyatımı geri qaytarmaq istəyirəm” deyə Mark bildirib

Şirkət bütün istifadəçilərə martın 15-nə kimi şəxsi məlumatları silmələrini məsləhət görüb.Bu tarixdən sonra bütüm foto,video,qeydlər və linklər tədricən silinəcək! Qeyd edək ki şəbəkə 2004-cü ilin fevralın 4-ü  Mark Tsukerberq tərəfindən yaradılmışdır.Şəbəkənin illik gəliri 700 milyon $ həcmindədir.Azərbaycan üzrə isə istifadəçi sayı isə 300.000-ə yaxındır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə