Previous Next
Bağla

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025 19:51
"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək
"Xatırlayıram ki, 2021-ci ildə Rəşad Nəbiyev nazir təyin olunanda 2024-cü ilin sonunadək ölkədə keyfiyyətli internet problemini həll edəcəyini bildirmişdi. Deyilənləri reallaşdırmaq üçün RİNN, Aztelekom dövlət- özəl tərəfdaşlığı çərçivəsində “Onlayn Azərbaycan” layihəsinə start vermişdi. Layihə bütün ölkə ərazisində biznesin və ev təsərrüfatlarının keyfiyyətli internetə əlçatanlığı təmin edən GPON infrastrukturunun qurulmasını nəzərdə tuturdu".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, Aztelekom layihənin uğurla başa çatdırıldığını, ölkənin ən ucqar ərazilərində də keyfiyyətli internetə əlçatanlığın təmin edilyini diqqətə çatdırıb:
 
"Hazırda sabit genişzolaqlı internet istifadəçi sayının 3 milyona çatdırıldığı bildirilib.
Həqiqətən də qeyd edim ki, qısa zaman çərçivəsində görülən iş nəhəngdir. Təxminən 15-20 il olardı ki ölkədə bu problem vardı. Xatrıladıram ki 10 il öncə, 2014-cü ildə hökumət bu problemin həlli üçün Dövlət Neft Fondunun büdcəsində 0.5 milyard manat nəzərdə tutmuşdu. Hansı ki sonralar hökumət müxtəlif səbəblərdən bu pulu Nazirliyə verməkdən imtina etdi. Amma problem həll edilməmiş qaldı.
 
İndi görünən budur ki, Nazirlik, Aztelekom dövlət-özəl tərəfdaşlıqla daha az xərcləməklə ölkənin bu nəhəng problemini birdəfəlik həll ediblər.
 
İndi ən ucqar ərazilərdə də ev təsərrüfatları və biznes üçün, təhsil, mədəniyyət və sosial müəssisələr üçün keyfiyyətli internetə əlçatanlıq yaradılıb.
 
Bu cür nəhəng işin reallaşmasına görə nazir Rəşad Nəbiyevin, Aztelekom komandasının, layihədə iştirak edən partnyorlar və provayderlərin, ventorlar və digər əməyi keçənlərin fəaliyyəti çox təqdirəlayiqdir".
 
Osman Gündüzün sözlərinə görə, belə nəhəng layhənin reallaşmasında çatışmazlıqlar, risklər və problemlər də qaçılmazdır:
 
"Xüsusilə də bu günkü təqdimatda da qeyd etdiyim kimi internetin əlçatanlığında infrasturukturla yanaşı 2-ci vacib faktor olan qiymət məsələsi mühüm əhəmiyyət kəsb edir.
 
Antiinhisarın da qeyd etdiyi kimi hələlik ölkədə internet qiymətləri ilə bağlı vətəndaşların seçim imkanlarında problemlər var.
 
Ötən ilin 15 avqustunda bütün provayderlər minimal tarifləri eyni anda 25 manat müəyyənləşdiriblər.
 
Xüsusilə də regionlarda biznesə və adi istifadəçiyə eyni qiymət tətbiqi doğru yanaşma deyil".
 
Ekspert bildirib ki, eyni zamanda adambaşına düşən milli gəlirlərdə internet xərcinin payı, orta əmək haqlarında internet xərcinin payı da onu göstərir ki internet qiymətlərində əhaliyə ehtiyaclarına uyğun seçim imkanlarının verilməsi doğru olardı:
 
"Digər bir məqam isə Aztelekom-un bazarda xüsusi çəkisinin hədsiz artması ilə bağlıdır.
 
Aparılan uğurlu Onlayn Azərbaycan layihəsi nəticəsində biz həmçinin internet və telekom bazarında daha nəhəng dövlət şirkəti qazanmışıq.
 
Hansı ki bu qurum həm magistrala sahibdir, həm də pərakəndə internet satışını reallaşdırır.
 
Hazırda Aztelekom Nazirliyin əlindən alınıb və AZCON Holdinqin tərkibinə daxil edilib. Aztelekom-un Baktelekom-la birləşməsi də demək olar ki, yekunlaşıb.
 
Aztelekom həm də ötən ildən bəkbon olaraq fəaliyyət göstərir.
 
Bu baxımdan düşünürəm ki, gələcəkdə rəqabətli mühitin inkişafı baxımından "Aztelekom"-un yalnız magistrala sahib olması, pərakəndə internet satışının özəlləşdirilməyə çıxarılması doğru olardı".
 
Osman Gündüz ümid edir ki, İKTA-nın bu tip məsələlərdə, həm də dövlətə məxsus rabitə şəbəkələrindən istifadənin tənzimlənməsində (bəzən görünür ki bir evin qarşısında 5-7 provayderin rabitə dirəkləri basdırılıb) rolu artacaq:
 
"Beləliklə, düşünürəm ki, "Onlayn Azərbaycan" layihəsinin uğurla başa çatması ölkədə informasiya cəmiyyətinin formalaşmasına, rəqəmsal transformasiyaya, müxtəlif xidmətlərə, dövlət xidmətlərinə əlçatımlığa, biznesin inkişafına ciddi təkan verəcək".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023

Ekspert: Pensiyaçı da, 5-10 min maaş alan da internetə eyni qiyməti ödəyir

25-09-2025

Gələn il bütün ölkə üzrə keyfiyyətli internet əlçatan olacaqmı?

17-08-2023

Ekspert: Keyfiyyətli və əlçatan internet problemi nə zaman həll olunacaq?

21-06-2021

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022

“Aztelekom” beynəlxalq tədbirdə təmsil olunub

10-03-2026

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Aztelekom və Baktelekom özəlləşdirilirmi ?

14-06-2024

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

AzTelekom-da FETÖ əməliyyatı keçirilməsi xəbərinə münasibət

10-08-2023

Siyəzən rayonunda təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

26-06-2024

“Onlayn Azərbaycan”dan nə xəbər var?

17-07-2024

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə