“Facebook”un yaradıcısı edam oluna bilər!

25-06-2010 / 05:45

Bütün dünyanı birləşdirən ən böyük sosial şəbəkənin – “Facebook”un yaradıcısı Mark Zukerberq Pakistan tərəfindən ittiham olunur. Bir müddət əvvəl Facebookda Həzrəti Məhəmmədin karikaturalarını çəkmək üçün elan olunan müsabiqə Pakistan tərəfindən müqəddəs dəyərlərə hörmətsizlik kimi qiymətləndirilib. Bununla əlaqədar etiraz əlaməti kimi ölkədə “Facebook”un fəaliyyəti dayandırılıb.

 Pakistan qanunlarına görə Peyğəmbərə qarşı hər hansı hörmətsizlik ölüm cəzasına layiqdir. Pakistanlı bir vəkil məhz bunu əsas gətirərək Mark Zukerberqi ittiham edəcəyini, hətta bu məsələni BMT-də qaldıracağını bildirib.  Vəkil lazım gələrsə “günahkarın” yaxalanması üçün “İnterpol”a da müraciət edəcəyini qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə