Azərbaycanın Gəncə Dövlət Universitetində yeni dərs ilindən etibarən oxunan mühazirələri internet üzərindən izləmək mümkün olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, auditoriyalarda quraşdırılmış kameralar vasitəsilə müəllimlərin dərs prosesi onlayn rejimdə internet üzərindən yayımlanacaq və bunun sayəsində həmin proseslə dünyanın bütün nöqtələrindən tanış olmaq mümkün olacaq.
Trafik ölçmə saytı olan Pingdom aylıq ziyarətçi sayına görə Facebooka ən çox hansı ölkədən girildiyini açıqlayıb. Bu reytinqdə gözləndiyi kimi birinci yer ABŞ-dır. Birləşmiş ştatlardan Facebooka bir ay ərzində 130 milyon ziyarətçi daxil olur. Bu 30% trafik edir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) rəsmi saytı fəaliyyətə başlayacaq. Qurumun Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 25 avqust tarixində Milli Məclisdə yerləşən TÜRKPA-nın ofisində saytın təqdimatı olacaq.
01 sentyabr tarixdən etibarən Delta Telekom şirkəti tərəfindən Provayderlərə satılan internetin qiymətində ciddi endirimlər edilib.
Microsoft Internet Explorer 9-u (Platform Preview 4) istifadəyə verib. Bu proqram istifadəçilərin gözləntilərini doğrultmağa hesablanmışdır. Poroqramın əvvəlki buraxılışları 2.5 milyon dəfədən çox yüklənmiş, proqramın test etmə səhifəsinə 20 milyon istifadəçi daxil olmuşdur.
Azərbaycanın ən müstəqil, obyektiv, qərəzsiz İKT portalı olan XEBERLER.AZ bu gündən yeni serverdə fəaliyyət göstərəcək. Bu addım saytımıza daha tez və daha rahat daxil olmanız üçün nəzərdə tutulub. Hər zaman maraqlı xəbərləri ilə sizləri sevindirən XEBERLER.AZ-dan daha bir yenilik
Azərbaycan internet məkanında iyul ayı ərzində 258 yeni *.az domen adı qeydiyyatdan keçib.
“Intel” korporasiyası antivirus və İT-təhlükəsizlik sahəsində proqram təminatı ilə məşğul olan “McAfee” şirkətini 7,68 mlrd. dollara aldığını açıqlayıb. Korporasiyanın proqram təminatı və servislər üzrə bölümünün bir hissəsi olacaq “McAfee”nin hər bir səhminə görə “Intel” təqribən 48 dollar ödəyəcək.
Azərbaycanın “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verib. Sayt/bloqlar http://myfuzuli.wordpress.com və http://myjabrail.wordpress.com internet ünvanlarında yerləşdirilib
Keçən həftə Avropa və Amerikada insanların maraq dairəsində nələr olub? İnternetdə ən maraqlı axtarışlar onluğunda biləcəksiniz. Eks prezidentin qızı bankirlə evlənib. Ötən həftə qərbdə ən çox axtarılan isim Çelsi Klinton olub. Çelsi Amerikanın eks prezidentdi Bill Klinton və hazırki dövlət katibi Hilari Klintonun qızıdır
Micrsoftdan verilən məlumata görə Microsoft Office 2011 paketinin Mac versiyası 2010-cu ilin oktyabrında istifadəyə veriləcək. O rəsmi olaraq 100-dən artıq ölkədə satılacaq. Mac versiya ancaq iki variantda mövcud olacaq:\"Office for Mac Home and Student 2011\" və \"Office for Mac Home and Business 2011\".
İnternetdə yeni təhlükəsizlik sistemi yaradılır, saytlarına xüsusi kod veriləcək İnternetin və domen adların idarə edilməsinə görə məsuliyyət daşıyan İCANN kiber quldurların istifadəçiləri aldatmaq üçün saxta saytlardan istifadə etmələrini əngəlləyəcək yeni təhlükəsizlik tədbirləri hazırladığını açıqlayıb.
Azərbaycan mobil operatoru olan Bakcell şirkəti Zaqatala və Lənkəran şəhərlərində yeni BakcellIM Satış və müştəri xidmətləri mərkəzləri açıb. Açılış mərasimlərində Bakcell şirkətinin əməkdaşları ilə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də yaxınlıqdakı rayonlarının diler heyəti iştirak edib.
Exemode SQ28m adlı fotokamera 53×23x19 mm ölçüdə, 21 qram çəkidədir. Eyni zamanda funksiyaları da yetərincədir
"Mobile visa" sistemi sayəsində əcnəbilər turist operatorlarına müraciət etmədən internet vasitəsilə viza sifariş edə biləcəklər
Bu günlərdə "Azercell Telekom" MMC satıcılar üçün nəzərdə tutulan "Azercell xidmətlərini Bil" müsabiqəsini yekunlaşdırıb. Bu barədə şirkətin məlumatında deyilir. Müsabiqənin qalibi 36 satıcı-diler olub.
Müxtəlif sosial şəbəkələrdə vaxtlarını keçirən işçilər Britaniya iqtisadiyyatına milyardlarla funt sterlinqə başa gəlir. MyJobGroup.Co.Uk resursu tərəfindən Böyük Britaniya əhalisi arasında aparılmış qeyri-adi sorğu nəticəsində məlum olunub ki, əməkqabiliyyətli əhalinin təxminən 6 faizi (2 milyona yaxın insan), işdə olarkən gün ərzində bir saat vaxtlarını sosial onlayn-media resurslarına həsr edir.
Gələn ilin fevral ayında Gürcüstanda mobil rabitə şəbəkəsinin abunəçiləri üçün «nömrələrin köçürülməsi» (number portability) sistemi tətbiq olunacaq. Həmçinin, 2011-ci ilin oktyabr ayında analoji sistemin stasionar rabitə şəbəkəsində də tətbiqi planlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları