Cərrah robot böyrəyin və uşaqlığın çıxarılmasında da sınaqdan keçirilib.
Xeberler.az “AFR”-ya istinadən xəbər verir ki, tarixdə ilk dəfə olaraq İtaliyada cərrahi robotun köməyi ilə xəstəyə mədəaltı vəz köçürülüb.
Cərrahiyə əməliyyatı Pizan universitetinin xəstəxanasında Da Vinci SHDİ robotunun müdaxiləsi ilə sentyabrın 27-də əməliyyat aparılıb. Lakin bu barədə məlumat 43 yaşlı xəstənin tam sağalmasından sonra verilib. Qeyd edək ki, həmin xəstə 24 yaşından birinci tip şəkərli diabetdən əziyyət çəkirdi. İnsulin ifraz edən aparatın funksiyasının bərpası üçün ona mədəaltı vəz köçürülməsi zəruri idi. Cərrahlar briqadasının rəhbəri Uqo Boqqi açıqlamasında deyir : “ Qarın boşluğundakı mürəkkəb yerləşim şəraitinə və çətin əlçatan olduğuna görə mədəaltı vəzin “ənənəvi” üsulla köçürülməsi xeyli çətin idi.
Qeyd edək ki, mədəaltı vəzin qan təminatı çox olduqda, o qanaxma riski ilə üz-üzə qala bilər. Bu təminat zəiflədikdə isə, xəstənin vəziyyəti şəkərə görə pisləşər, ona dərindən müdaxilə etmək olmaz. (Cərrahiyə əməliyyatdan sonra belə xəstələrin yarısndan çoxunda fəsadlar əmələ gəlir). Robotla 3 saatlıq əməliyyatdan sonra bərpa dövrü fəsadsız keçib. Boqqinin sözlərinə görə, robotla müdaxilə diabetin müalicəsində yeni perspektivlər açır. Yeri gəlmişkən, robot Da Vinci artlq bir sıra mürəkkəb cərrahiyyə əməliyyatlarında-böyrəyin və uşaqlığın çıxarılmasında sınaqdan keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri