Previous Next
Bağla
"Facebook" yarım milyarda yaxınlaşır

"Facebook" yarım milyarda yaxınlaşır

18-05-2010

Son məlumatlara görə, istifadəçisi 300 milyon olan "Facebook"un nüfuzu yarım milyarda yaxınlaşır.

Abdullah Gül «Twitter»ə üzv olub

Abdullah Gül «Twitter»ə üzv olub

18-05-2010

Türkiyə prezidenti Abdullah Gül Dünyanın ən məşhur sosial şəbəkələrindən olan «Twitter»ə üzv olub. Gül «Twitter» səhifəsinə bunları yazıb: «14 may həqiqi demokratiyaya keçməyimizin ildönümdür. Bu tarixdə Aydında olmağımız o baxımdan önəmlidir».


Netty 2010 Milli İnternet mükafatı sahiblərinə təqdim edildi

Netty 2010 Milli İnternet mükafatı sahiblərinə təqdim edildi

18-05-2010

17 may Telekommunikasiya və İnformasiya cəmiyyəti günündə Netty 2010 Milli İnternet Mükafatının qalibləri müəyyənləşdi. Xeberler.az saytı Netty 2010 İnternet mükafatı alan saytların siyahısını təqdim edir.

İnternet uğrunda mübarizə

İnternet uğrunda mübarizə

17-05-2010

Internet bizi bir-birimizdən uzaq tutan divarları aradan qaldıran fantastik bir vasitədir. Bütün dünyada təzyiqə məruz qalan əhaliyə internet güc verir. İctimai etirazı, repressiya və insan haqlarına qarşı zorakılığı gizlətmək getdikcə daha da çətinləşir. Avtoritar və repressiv ölkələrdə mobil telefonlar və internet vətəndaşlara bütün məhdudiyyətlərə baxmayaraq, tənqidi fikirlərini ifadə etmək imkanı qazandırıb.


Spamların yayılmasına görə ABŞ və Almaniya liderdir

Spamların yayılmasına görə ABŞ və Almaniya liderdir

17-05-2010

“Kasperski Laboratoriyası”nın məlumatlarına görə spamların yayılmasında ABŞ və Almaniya liderlik edir, lakin mart ayı ilə müqayisədə Amerika spamı 2,4% azalıb və 12,3% olmuşdur. Üçüncü yerdə Hindistan (11,7%), ondan sonra isə Vyetnam(11,6) ölkəsidir. “Kasperskiy Laboratoriyası”nda zənn edirlər ki, əgər bu ölkələrdən yayılan spamlar artmağa davam edərsə ABŞ-ı geridə qoya bilərlər. Sonrakı yerləri isə İtaliya (4,4%) və Rusiya (4,2%) tutur.

Firefox-4

Firefox-4

17-05-2010

“Firefox 4”-ün çıxış müddəti yaxınlaşdıqca haqqındakı xəbərlərin sayı da artır.


Facebookda etməli olmadığınız əsas 7 şey

Facebookda etməli olmadığınız əsas 7 şey

17-05-2010

Zəif parol işlətmək: Lüğətdə tapa biləcəyiniz sözləri hətta sonuna rəqəm yazmaqla da istifadə etməyin. Əvəzinə böyük və kiçik hərfləri rəqəmləri və simvolları miks edərək parol yaza bilərsiz. Ən yaxşı texnikalardan biri sözün ortasına rəqəm əlavə etməkdir, məsələn bu nümunədə olduğu kimi: hO27usEs! Təvəllüdünüzü tam açıq şəkildə profilinizdə yayımlamaq Bu şəxsiyyət oğrularının ən ideal hədəfidir. Belə ki, onlar bu məlumatlardan istifadə etməklə sizing bank və ya kredit hesabınıza daxil ola bilərlər. Əgər siz təvəllüdünüzü daxil etmisinizsə profil səhivənizə daxil olun, Məlumat daha sonra isə Məlumatları Dəyişmək hissəsinə klikləyin.


Mozillanın icraçı direktoru öz vəzifəsini tərk edir

Mozillanın icraçı direktoru öz vəzifəsini tərk edir

13-05-2010

Mozilla Corporation kampaniyasının icraçı direktoru Con Lilli (John Lilly) öz vəzifəsini tərk edəcəyi barədə bəyanat verib. All Things Digital bloqunun yazdığına görə o Greylock Partners investisiya fonduna partnyor kimi keçəcək. Mozillanın əməkdaşlarına Lillinin bloqda dərc edilmiş məktubunda açıqlayıb ki, yaxın vaxtlarda kompaniyadan gedəcək. Eyni vaxtda Mozilla Corporation kompaniyasının direktorlar şurasında öz yerini saxlayacağını da bildirib. O öz qərarını daha çox start up layihələrə işləmək istəməsi ilə açıqlayıb.

Latın dilində olmayan domenlər hazırlanıb

Latın dilində olmayan domenlər hazırlanıb

08-05-2010

İnternetdə latın dilində olmayan (birinci eləcə də ikinci dərəcəli). Bu son 30 il ərzində İnternet aləmində baş verən ən vacib hadisədir. İnternetlə işin tənzimləməsi ilə məşğul olan beynəlxala ICANN təşkilatı latın əlifbasında olmayan domenlərin satışını elan edib. Belə ki, istifadəçilər həm birinci həm də ikinci dərəcəli domendən ibarət olan موقع.وزارة-الأتصالات.مصر adresinə daxil ola bilərlər.


Qeyri-ənənəvi yeni personal komputer

Qeyri-ənənəvi yeni personal komputer

07-05-2010

Computex mağazası istifadəçilərə yeni HP TouchSmart 600-1055 modelini təqdim edir. Ən son texnologiyalarla zəngin olan bu komputerin prosessoru və monitoru birləşdirilib. Kompakt halında olduğu üçün istənilən yerdə istifadə etmək olar, lakin həmin yerdən kənarda isə ancaq bir kabel quraşdlrmaqla istifadə oluna bilər.

Azərbaycanda Facebook istifadəçilərinin sayı 153 280 nəfərdir

Azərbaycanda Facebook istifadəçilərinin sayı 153 280 nəfərdir

07-05-2010

Azərbaycanda Facebook istifadəçilərinin sayı yüksək temlə artır. Facebaker.com saytının son məlumatlarına görə Azərbaycandan artıq 153 280 nəfər registrasiyadan keçib. Bu ilin ilk rübündə istifadəçilərin sayı 30 000 nəfər artıb. Bunun 62%-i kişilərdir.


Azərbaycan Mərkəzi Bankı informasiya sistemlərinə dəstək tenderi elan edib

Azərbaycan Mərkəzi Bankı informasiya sistemlərinə dəstək tenderi elan edib

05-05-2010

Mərkəzi Bank istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarına dəstək üçün tender elan edib. Tender bu il iyun ayının 1-ində Mərkəzi Bankın administrativ binasında keçiriləcək. Tenderdə iştirak etmək istəyənlərin müraciətləri və bank qarantiyası 31 maya qədər qəbul olunur, qalan sənədlər isə 20 maya qədər. Tenderdə iştirak haqqı 150 manatdır.

Bakcell abonentlərindən uşaqlara  35 min manat yardım

Bakcell abonentlərindən uşaqlara 35 min manat yardım

05-05-2010

Bakcell öz “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət” proqramının çərçivəsində abonentlərin SMS kampaniyasına başlayıb. Abonentlər 1155 nömrəsinə cavab yazmaqla uşaqlara yardım fonduna 1 manat (450 kontur) köçürüblər.


Bakı əhalisinin 81%-i internetdən istifadə edir

Bakı əhalisinin 81%-i internetdən istifadə edir

05-05-2010

61,7% Bakı əhalisi evlərinsə personal komputerlərə (PC) malikdirlər. 81% əhali İnternetdən istifadə edir. Keçən il isə bu rəqəm 41% idi.

İsrail iPad məhsuluna qoyduğu qadağanı ləğv etdi

İsrail iPad məhsuluna qoyduğu qadağanı ləğv etdi

05-05-2010

İsrail Rabitə Nazirliyi turistlərə və öz vətəndaşlarına Apple şirkətinin iPad məhsullarını ölkəyə gətirmək qadağasını ləğv edib.


Kanon bu ilki gəlirinin artacağı haqqında proqnoz verdi

Kanon bu ilki gəlirinin artacağı haqqında proqnoz verdi

05-05-2010

Dünyanın ən nəhəng kamera və ofis texnologiyası istehsalçısı Canon Inc. kompaniyası bu il ərzində Asiyada artan satışdan gələn gəlirlərinin artacağı proqnozu ilə çıxış edib.

"Kibernetika və informatika problemləri" adlı beynəlxalq konfrans keçiriləcək

"Kibernetika və informatika problemləri" adlı beynəlxalq konfrans keçiriləcək

05-05-2010

Milli Elmlər Akademiyasının yaydığı məlumata görə 2010-cu il 6-8 sentyabr tarixlərində Bakıda "Kibernetika və informatika problemləri" (PCI'2010) III Beynəlxalq konfrans keçiriləcəkdir.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə