Bu KİV-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri daxildir Bu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində (KİV) seçkiqabağı təşviqat aparmaq məqsədilə seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
Parlament seçkilərinə iki aydan az zaman qalıb. Vaxt azaldıqca, namizədlər təşkilatlanma üçün müxtəlif yollardan istifadə edir. Bu seçkiləri xüsusiləşdirən məqam isə, ilk dəfə olaraq internet və yeni medianın yaratdığı imkanlardır. Namizədlər artıq bu imkanlardan yararlanmağa başlayıblar
Azərbaycan Dövlət Radiotezliklər İdarəsi (DRİ) ölkə regionlarında televiziya və radio kanallarının keyfiyyətini yoxlayacaq. DRİ-dən verilən məlumata görə, İdarənin radiomonitorinq şöbəsinin mütəxəssisləri DMŞ ilə razılaşdırılmış qrafikə uyğun olaraq ölkə ərazisində TV və FM kanallarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Biləsuvar, Cəlilabad, Masallı, Lənkaran, Astara, Lerik və Yardımlı rayonlarına ezam olunub.
İnternet Explorer 9-un meydana gəlməsi ilə rəqabət daha da qızğınlaşdı. İnternet Explorer Microsoftun dəstəyi ilə önə çıxmaq istəyindədi. Firefoxda bu rəqabətdə geridə qalmaq niyyətində deyil. Google isə Chrome ilə istifadəçilərin sayında artım etmək istəyir.
Bing axtarış edən istifadəçilərə mükafatlar veriləcəyini açıqlayıb. Daha öncəki Bing Cashback proqramından tamamilə fərqli olan Bing Rewards, ən çox axtarış edən istifadəçilərə kredit qazandıracaq.
Bu gün Media Mərkəzində “Azərbaycanda məlumat almaq imkanları” adlı tok-şou keçirilib. Tok-şouda hüquqşünas Ələsgər Məmmədli, müstəqil jurnalist Fərəh Sabirqızı, “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz iştirak edib. Tok-şou “KİV nümayəndələrinin informasiya əldə etmə problemləri”ndən bəhs edən video süjetlə başlayıb. Ardınca iştirakçılar mövzuyla bağlı fikir mübadiləsi ediblər.
Google bu gün etdiyi açıqlamada yeni kabelsiz internet bağlantısı haqqında təcrübə keçirəcəyini açıqlayıb.
Bu məqsədlə əməkdar jurnalist Yusif Kərimovun başçılığı ilə 7 nəfərdən ibarət qrup formalaşdırılıb Mətbuat Şurası qurumun nəzdində Ağsaqqal Jurnalistlər Məclisi yaratmaq qərarına gəlib. Artıq bu gün şuranın iclasında bu barədə yekun qərar da qəbul olub.
Bakıda “Güneydə insan haqları və söz azadlığı” mövzusunda tədbir keçirildi. Bu gün Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Bütöv Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Güney Azərbaycanda “İnsan haqları və Söz azadlığı” mövzusunda toplantı keçirildi.
21 sentyabr 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone 3G texnologiyasına əsaslanan daha bir məhsulunu - Müşahidə Kameralarını satışa çıxardı. İndi Azerfon-Vodafone abunəçiləri 3G Mobil Kameralarından istifadə edərək adi video-zəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilərlər.
“Google” korporasiyası “Apple iPad” planşeti və “Android” mobil əməliyyat sistemi bazasında hazırlanmış qurğular üçün “Docs” (sənədlər- ing.) servisini təqdim edəcək. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bu qurğuların sahibləri sənədləri internet vasitəsilə tərtib və redaktə edə biləcəklər.
Xəbərlər.az portalı internet haqqında 13 maraqlı həqiqəti təqdim edir. 1. İstifadəçilərin 89%-i gündə ən az 1 dəfə mobil telefondan internetə daxil olur 2. İldə 90 trilyondan çox email trafiki təşkil edilir. 3. Hər gün 247 milyard email göndərilir. Bunların 80%-i (200 milyard) Spamlardı.
Yaponiyanın Olympus şirkəti, Avropa və ABŞ-dan sonra səs yazısını yazıya çevirən cihazın Türkiyədə satışına başlayacaq.
Kür və Araz çaylarının daşması zamanı baş vermiş təbii fəlakət nəticəsində sahil zolağında yerləşən rayonların yaşayış məntəqələrində rabitə qurğularına, xətt şəbəkəsinə, ATS binalarına, beynəlxalq və şəhərlərarası kabel magistrallarına, eləcə də poçt şöbələri binalarına və avadanlıqlara ciddi ziyan dəyib.
“Twitter”istifadəçiləri bu gün pop-upmesajlarına və link axınına məruz qalıb. İstifadəçilərə pornoqrafik saytların linkləri göndərilib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azərbaycanda söz azadlığı” adlı hesabatını açıqlayıb. 2010-cu ilin ilk 7 ayını əhatə edən hesabatda bu müddət ərzində ölkədə medianın və söz azadlığının ümumi mənzərəsi, böhtan və diffamasiya işləri və KİV-ə qarşı digər iddialar, jurnalistlərə və media qurumlarına qarşı hücumlar, təxribatlarla bağlı iddialar və s. əksini tapıb.
Cari ilin noyabr ayının 1-dən etibarən Gürcüstan əhalisi üçün kompüterlərin əldə olunması üzrə güzəştli proqram start götürəcək. Vətəndaşlar gündə bir lari ödəməklə (1 ABŞ dolları – 1,84 lari) möhlətlə kompüterlər əldə edə biləcəklər. Bu barədə hökumət iclasında Gürcüstanın baş naziri Nika Qilauri bildirib. Layihənin Intel şirkəti ilə birgə reallaşdırılması planlaşdırılır.
Əslində bloq virtual gündəlikdən savayı bir şey deyil Bloqçu jurnalistdirmi? Son vaxtlar bu sual ətrafında uzun sürən müzakirələr aparılır. Bu müzakirələr həm dar çərçivələrdə, həm də geniş tərkibli konfranslarda müzakirə mövzusu olur. Hər iki halda tərəflər fikirlərini, mövqelərini əsaslandırmağa cəhd edirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları