Previous Next
Bağla

«GLUT» E-MAİL HÜCUMLARA BAŞLADI

12-02-2009 09:36
«GLUT» E-MAİL HÜCUMLARA BAŞLADI


«Xocalı Ayı» çərçivəsində təşkilatın qərargahında Böyük Britaniya səfirliyinin rəsmisi ilə görüş keçiriləcək

 «Gənc Liderlər» Uşaq Təşkilatı (GLUT) elan etdiyi «Xocalı Ayı» çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə və «e-mail hücumlar»a başlayıb. Bu barədə Qaynar.info-ya məlumat verən təşkilatın sədri Fərid Şahbazlı dünəndən etibarən təşkilat üzvlərinin Xocalı faciəsi, erməni terroru ilə bağlı ingilis dilində hazırlanmış materialları dünyadakı beynəlxalq təşkilatlara göndərdiyini bildirib.

F.Şahbazlının sözlərinə görə, «e-mail hücumlar»da əsas diqqət Xocalı faciəsi zamanı azərbaycanlı uşaqların qətlə yetirilməsinə, onlara xüsusi qəddarlıqla işgəncələr verilməsinə yönəldilib. GLUT sədri deyir ki, bu gün 100-dən artıq xarici ünvana göndərilən məktublarda erməni terroru zamanı zorakılığa məruz qalmış uşaqlar barədə ətraflı məlumat verilərək, dünya birliyindən bu vəhşiliyə reaksiya verilməsi tələb olunub: «Xocalı faciəsi və erməni terroru ilə bağlı materiallar göndərdiyimiz ünvanlar arasında dünyanın onlarla uşaq və gənclər təşkilatlarının, hüquq müdafiə qurumlarının ünvanları var. Bu sırada xüsusi ilə Avropa Uşaq Birliyini (EUROCHİLD AİSBL) və YUNİCEF-in ölkə nümayəndəliklərini qeyd etmək istəyirəm».

Fərid Şahbazlının sözlərinə görə, «e-mail hücumlar» 26 Fevral Xocalı faciəsinə qədər hər gün davam edəcək. GLUT faciəyə qədər 1000-dən artıq ünvana təbliğat xarakterli informasiyalar və fotolar göndərməyi planlaşdırır.

GLUT sədri deyir ki, «Xocalı ayı» çərçivəsində həftə sonu təşkilatın ofisində Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin məsul əməkdaşı Günel Əhmədova ilə görüş keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

www.istedad.tk -Gənc İstedadların virtual Ensiklopediyası hazırlanır

06-01-2009

GLUT-dan televiziyalara etiraz bəyanatı

21-01-2009

Xocalı Soyqırımı faciəsi ilə bağlı elektron aksiya keçirilib

25-02-2009

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

26-02-2024

Xocalı faciəsinə həsr olunmuş saytın təqdimatı keçirilib

24-02-2009

Xocalı soyqırımından 29 il ötür

26-02-2021

“Xocalı soyqırımı rabitəçilərin yaddaşında” adlı kitab işıq üzü görüb

26-02-2009

Xocalı soyqırımından 31 il ötür

26-02-2023

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2025

Xocalı soyqırımından 28 il ötür

26-02-2020

Xocalı soyqırımından 34 il ötür

26-02-2026

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2026

Xocalı soyqırımı internetdə

26-02-2012

«Gənc Liderlər» virtual aksiyaya başlayır

18-11-2010

Facebook-da Xocalı Soyqrımı ilə bağlı qrup bağlanılıb

04-02-2009

Erməni hakerlər dövlət qurumunun saytını dağıdıb

01-03-2013

Naxçıvanda virtual aksiya keçirilib

27-02-2013

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

15-12-2010

Rabitəçi xocalılılarla görüş keçirilib

26-02-2016

Xocalı soyqırımından 26 il ötür

26-02-2018

Milli İnternet resurslarımıza hücumlar davam edir

03-09-2012

“Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində yeni qlobal kampaniyaya start verilib

01-10-2010

Xocalı soyqırımının törədilməsindən 25 il ötür

26-02-2017

Xocalı soyqırımının 33 il dönümüdür

26-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə