Previous Next
Bağla

Rabitəçi xocalılılarla görüş keçirilib

26-02-2016 10:47
Rabitəçi xocalılılarla görüş keçirilib

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar rabitəçi xocalılılarla görüş keçirilib.

Xocalı faciəsinin anıldığı tədbirdə bu unudulmaz tarixi günlərdə Vətənin və xocalılıların müdafiəsi uğrunda rabitəçilərin qəhrəmanlığından söz açılıb. Qeyd olunub ki, onların bu fədakarlığı unudulmur və hər bir rabitəçi üçün böyük bir örnəkdir.

Xeberler.az-ın məlumatına görə, tədbirdə qeyd olunub ki, bu ağlasığmaz dəhşətlər Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bildirilib ki, Xocalı şəhərinin dinc əhalisinə qarşı vəhşicəsinə törədilən kütləvi qırğının, soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası artıq öz bəhrəsini verir. Aparılan təbliğatın nəticəsi olaraq, hazırda dünyanın 12 ölkəsində, o cümlədən ABŞ-ın 13 ştatında soyqırımın tanındığı və Xocalı faciəsinin yalnız Azərbaycanda deyil, ölkədən kənarda da müxtəlif xarakterli tədbirlərlə anıldığı bildirilib.

Daha sonra 8 gün erməni terrorçularının əsarətində qalmış rabitəçi Dürdanə Ağayevanın müəllifliyi ilə Türkiyədə nəşr edilmiş “Ermeni zindanında sekiz gün” adlı kitabın təqdimatı olub. “İnsani və Sosial Araşdırmalar Mərkəzi” tərəfindən çap edilmiş kitabdan söz açan müəllif erməni vəhşiliyinin iç üzünün açılması, dünyaya tanıdılması məqsədilə Azərbaycan xalqının başına gələn faciəni öz timsalında qələmə aldığını, bu nəşrin gələcək nəsillər üçün tarixi mənbə ola biləcəyini qeyd edib.

Tədbirdə qətliamın canlı şahidi olan digər rabitəçilər, o cümlədən 28 şəhid vermiş Əsli Məmmədova, Brilyant Hacıyeva, Dürdanə Qafarova, Cavid Əliyev çıxış edərək, soyqırımın yaratdığı dəhşətli və unudulmayacaq təəssüratlarını bir daha paylaşıblar.

Xatırladaq ki, Xocalı qətliamı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 xocalılı əsir, 150 xocalılı isə itkin düşüb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

26-02-2024

Xocalı soyqırımından 26 il ötür

26-02-2018

Xocalı soyqırımının törədilməsindən 25 il ötür

26-02-2017

Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 il ötür

26-02-2019

Xocalı soyqırımının törədilməsindən 24 il ötür

26-02-2016

Xocalı soyqırımının 33 il dönümüdür

26-02-2025

Xocalı soyqırımından 29 il ötür

26-02-2021

Xocalı soyqırımından 31 il ötür

26-02-2023

Xocalı soyqırımından 28 il ötür

26-02-2020

Xocalı soyqırımından 34 il ötür

26-02-2026

Xocalı soyqırımından 30 il ötür

26-02-2022

Xocalı faciəsinə həsr olunmuş saytın təqdimatı keçirilib

24-02-2009

Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən tədbir keçirilib

26-02-2015

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

15-12-2010

“Xocalıya ədalət” kampaniyasının yeni saytı istifadəyə verilib

25-02-2016

İndoneziyada Xocalı soyqırımını əks etdirən poçt markası buraxılıb

25-02-2020

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2026

“Xocalı soyqırımı rabitəçilərin yaddaşında” adlı kitab işıq üzü görüb

26-02-2009

«GLUT» E-MAİL HÜCUMLARA BAŞLADI

12-02-2009

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2025

Prezident İlham Əliyev Xocalı soyqırımı ilə əlaqədar yürüşdə iştirak edib

26-02-2019

Azərbaycanlı haker 1000-ə yaxın saytı dağıtdı

24-02-2011

RİNN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26-02-2025

Xocalı soyqırımı mövzusu Twitterdə birinci oldu

28-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə