«Siemens» kompüter biznesindən uzaqlaşır

09-10-2008 / 13:55
Almaniyanın «Siemens» Sənaye Konserni fərdi kompüter və noutbukların iri istehsalçısı olan «Fujitsu Siemens Computers» şirkətindəki 50%-lik iştirak payını sataraq kompüter biznesindən tamamilə çıxmaq niyyətindədir. Ehtimal edilən alıcı «Lenovo» şirkəti bu barədə danışıqları artıq bir neçə ay aparır. «Fujitsu Siemens Computers» öz növbəsində istehlak həllərinin istehsalında ixtisaslaşan «Fujitsu Siemens»i sataraq sırf biznes seqmentində cəmlənəcək.
Qeyd edək ki, şirkətin əsasnaməsinə görə, sövdələşmə 2008-ci ilin sonunadək baş tutmasa, 2009-cu ildən «Siemens» və «Fujitsu» birgə istehsalı daha 5 il ərzində davam etdirməyə məcbur olacaq.
Mütəxəssislərin fikrincə, «Fujitsu» şirkəti «Siemens»in iştirak payını almaqdan imtina edərsə, bütün şirkət iri rəqiblərdən biri - «Hewlett-Packard» və ya «Dell» tərəfindən alına bilər. İlkin hesablamalara görə, «Fujitsu Siemens Computers»in ümumi dəyəri 2-3 mlrd. avro təşkil edir.
Qeyd edək ki, «Siemens» konserni 2005-ci ildən aktiv şəkildə struktur islahatları aparır. Şirkət energetika, sənaye və səhiyyə sahələrinə aid həllərlə məşğul olmaq niyyətindədir.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.