«Sony Ericsson» şirkəti loqosunu dəyişəcək

06-08-2009 / 14:01

Sony Ericsson loqosunu dəyişəcək. Yeni loqosun daha da rəngli edilməsi planlaşdırılır. Texnologiyada etdiyi yeniliklərlə insanların həyatını rəngarəng edən firma daha çox rəng çalarından istifadə etməyi planlaşdırır.

Yeni loqo çəhrayı, mavi, bənövşəyi, qəhvərəngi və klassik yaşıl rənglərdən yaranacaq. Yeni rəngli logolar yalnız satışa çıxarılanda istifadə ediləcək və telefonlarda klassik yaşıl loqo olduğu kimi qalacaq. Rəngli loqoların fərqli telefon modelləri üçün istifadə edilməsi gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə