Google loqosunu dəyişdi

02-09-2015 / 09:44

Məşhur axtarış sistemi Google yeni loqosunu istifadəçilərinə təqdim edib. Belə ki,  şirkət son 17 il ərzindəki uğurlarını və yeni loqosunu video ilə istifadəçilərinə təqdim edib. 

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni loqo "favicon" adlanır. Yeni loqoda dizayn baxımından Alphabet-in loqosuna oxşayır.

İnteraktiv əməliyyata sahib olan Google-un yeni loqotipində şriftlərin forması və rənglər əvvəlkindən fərqlidir. Sistem yeni loqosunda yeni yazı tipindən və daha yumşaq rənglərdən istifadə etməyə başlayıb. Amma bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl tonlarını saxlayıb. Bundan başqa şirkət mobil proqramlar üçün yeni loqotipi təqdim edib. Köhnə loqo fərdi kompüterlər üçün nəzərdə tutulurdu.

Şirkətdən bildirilir ki, yeni loqotip bir neçə qurğuda iş üçün xüsusi olaraq yaradılıb. İstifadəçilər Google-un bütün funksiyalarında bu dəyişiklikdən istifadə edə biləcəklər.

Rəngli mikrofon istifadəçi axtarış sistemində səsli və ya yazılı axtarış edərkən ona müxtəlif üsullarla kömək edəcək.  Eyni zamanda müxtəlif tətbiqlərdə istifadə olunan kiçik mavi “g” simvolu  4 rəngli “G” ilə əvəzlənib. 

1998-ci ildə yaradılan axtarış sisteminin artıq beşinci dəfədir ki, loqotipinə dəyişiklik edilir.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə