1998-ci ildə Sergey Brin tərəfindən yaradılan Google axtarış sisteminin loqosu bir neçə dəfə dəyişilib.
Xeberler.az bu dəfə Google axtarış sistemində bu günə kimi olan loqo dəyişikliklərini təqdim edir.
1998-ci ildə Larry Page və Sergey Brin ilk dəfə loqonu Stanford universitetinin məzuniyyət layihəsində istifadə edib.
1998-ci il avqustun 30-da komanda rəhbərləri ilk Doodle yaratdı.
1998-ci ilin sentyabr ayında artıq Google-un beta versiyası təqdim edilir. Hazırda olan loqodan fərqi “G” hərfinin yaşıl rəngdə olmasıdır.
1999-cu ildə Google daha fərqli loqo ilə istifadəçilərə təqdim edilir.Bu dəfəki loqo da digərlərindən fərqli olaraq nida işarəsi diqqəti cəlb edir.
1999-cu ildə Google loqosunu daha incə və kölgəli formada dəyişib. Amma bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl tonlarını saxlayıb. Həmçinin bu loqonun alt hissəsində ölkələrin adları və idman,şəkil kimi bölmələrin adlarına rast gələ bilərdik.
2010-cu ildə loqoda kiçik dəyişikliklər edildi. Bunlardan biri kölgənin ləğv edilməsi, digəri isə “l” hərfinin rənginin dəyişməsi idi.
2013-cü ildə isə loqonun rəngi daha solğun rənglərdən ibarət oldu.
Son loqo dəyişikliyi isə 2015-ci il sentyabrın 1-də olub. Yeni loqo "favicon" adlanır. Google-un yeni loqotipində şriftlərin forması və rənglər əvvəlkindən fərqlidir. Sistem yeni loqosunda yeni yazı tipindən və daha yumşaq rənglərdən istifadə etməyə başlayıb. Eyni zamanda müxtəlif tətbiqlərdə istifadə olunan kiçik mavi “g” simvolu 4 rəngli “G” ilə əvəzlənib.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri