Previous Next
Bağla

“Ağıllı kənd” pilot layihəsi xarici qonaqlara təqdim edilib

05-12-2023 11:49
 “Ağıllı kənd” pilot layihəsi xarici qonaqlara təqdim edilib

Dekabrın 5-i 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib.

 ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak ediblər.

İşğaldan azad edilmiş müxtəlif ərazilər üzrə xüsusi nümayənlərin çıxışları ilə baş tutan ilk panel müzakirədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov salamlama nitqi ilə çıxış edib.

Daha sonra ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə panel müzakirə öz işinə başlayıb.

Müzakirədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər. Tədbirdə həmçinin Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov panel müzakirənin çıxışçısı qismində iştirak ediblər.

Müzakirə zamanı Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə xarici ekspertlərə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Panelin ikinci hissəsi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyevin moderatorluğu ilə baş tutub.

ADA Universitetinin professoru Gülməmməd Məmmədov, Bosniya və Herseqovina Prezidentinin kabinet üzvü İsmet Kadiç, Efiopiyanın Xarici məsələlər İnstitutunun əməkdaşı Daraskedar Tayen, Gürcüstanın “Rondeli” Fondunun üzvü Şota Utiaşvili, İngiltərənin Cənubi Uels Universitetinin professoru Ali Varda və ABŞ-nin Ceymstaun Fondunun tədqiqatçısı Marqarita Asenova sözügedən paneldə çıxış ediblər.

Panelistlər repatriasiya prosesindəki dünya təcrübəsindən, işğaldan azad edilmiş ərazilərdəki icma quruculuğu və inteqrasiya prosesindən bəhs ediblər.

Tədbir sual-cavab sessiyası ilə başa çatdıqdan sonra iştirakçılar Zəngilanın Ağalı kəndinə səfər edərək buradakı “Ağıllı kənd” konsepti ilə yaxından tanış olublar. Qonaqlara “Ağıllı kənd” pilot layihəsinin icrası zamanı nəzərə alınan 5 əsas komponent barədə məlumat verilib və bildirilib ki, bu böyük həcmdə maliyyə tələb kənd Qarabağdakı quruculuq prosesini və Azərbaycan iqtisasiyyatının inkişafını özündə əks etdirir. (Trend)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Zəngilanda "ağıllı kənd" hazırdır

19-05-2022

Azad edilmiş ərazilər rəqəmsallaşdırılır

21-11-2022

“Ağıllı kənd”də ilk iclas keçirildi

14-06-2022

"Qarabağda işlər alternativ enerji mənbələrindən istifadə edilməklə həyata keçirilməlidir"

19-10-2023

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023

"Qarabağ Universiteti" yaradılır

28-11-2023

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

İKTA-da “Zəfər Günü” münasibətilə görüş keçirilib

08-11-2025

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

19-07-2021

ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

03-09-2025

  “Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!  

20-07-2022

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023

Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

28-04-2026

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

28-12-2021

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

Soltanlı kəndində “ağıllı kənd” yanaşmaları tətbiq olunacaq.

24-11-2023

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

27-04-2021

“Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib

19-11-2024

Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!

19-07-2023

Gənclərin 2-ci Şəbəkələşmə forumu baş tutub

01-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə