Previous Next
Bağla

“AI dövründə stablecoin istifadəsi” mövzusunda görüş keçirildi

22-04-2026 23:07
“AI dövründə stablecoin istifadəsi” mövzusunda görüş keçirildi

Azərbaycan Texniki Universiteti (AzTU) nəzdində fəaliyyət göstərən İnkubasiya Mərkəzində “Blockchain Azərbaycan” Mərkəzi ilə birgə təşkil olunan “AI dövründə stablecoin istifadəsi” mövzusunda görüş keçirilib.

Xeberler.az bildirir ki, tədbir süni intellekt və AI agentlərinin sürətlə inkişaf etdiyi şəraitdə stablecoinlərin maliyyə sistemində rolu, tətbiq imkanları və gələcək perspektivlərinə həsr olunub. Görüş çərçivəsində iştirakçılar real nümunələr əsasında stablecoinlərin AI sistemlərində istifadəsi, avtomatlaşdırılmış ödəniş mexanizmləri və rəqəmsal iqtisadiyyatda yeni yanaşmalar barədə məlumatlandırılıb.

Tədbirin açılışında AzTU rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, İnkubasiya Mərkəzinin Məsləhət Şurasının sədri və “Blockchain Azərbaycan” Mərkəzinin üzvü Osman Gündüz çıxış edərək süni intellekt və blokçeyn texnologiyalarının sinerjisi, bu sahədə yaranan yeni imkanlar və innovasiya ekosistemindəki rolu barədə fikirlərini bölüşüb.

Daha sonra “Blockchain Azərbaycan” Mərkəzinin üzvü Orxan Əhmədov (BonPara, CInS, AInA layihələrinin təsisçisi) fintech, süni intellekt və blokçeyn texnologiyalarının inteqrasiyası, stablecoinlərin real biznes modellərində tətbiqi və bazar imkanları ilə bağlı təqdimat edib.

Blockchain Azərbaycan" Mərkəzinin üzvləri Elnur Quliyev, Keepface platformasının həmtəsisçisi və texniki direktoru, AKTA süni intellekt eksperti Elşad Yusifli və Sənan Həsənov çıxış edərək kripto aktivlər bazarının inkişafı, stablecoinlərin praktik istifadəsi və bu sahədə mövcud çağırışlar barədə ətraflı məlumat veriblər.

Yusifli öz çıxışında stablecoinlərin təhlükəsizlik problemləri, KYC (Know Your Customer) tələblərinin kriptovalyuta əməliyyatlarına tətbiqi, stablecoinlərin qlobal maliyyə sisteminə potensial təsiri və mərkəzi bankların stablecoinlərə münasibəti haqqında təqdimat edib. O, həmçinin Blockchain Azərbaycan Mərkəzinin Azərbaycan Mərkəzi Bankına kriptovalyutaların hüquqi tənzimlənməsi ilə bağlı verdiyi tövsiyə və rəylərdən danışıb və bu sahədə qanunvericiliyin yaxın zamanda qəbul olunacağını qeyd edib.

Görüş banklar, ödəniş təşkilatları, kripto aktivlər sahəsində fəaliyyət göstərən şirkətlər və startap nümayəndələrini bir araya gətirərək həm bilik mübadiləsi, həm də yeni əməkdaşlıqların qurulması üçün platforma rolunu oynayıb.

Sonda iştirakçılar arasında müzakirələr aparılıb, sual-cavab sessiyası çərçivəsində mövzu ilə bağlı müxtəlif yanaşmalar və praktiki təkliflər səsləndirilib. Tədbirin həm nəzəri, həm də praktiki baxımdan iştirakçılar üçün faydalı olduğu qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

 “Crypto Meetup” keçiriləcək

22-04-2026

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilir

28-06-2018

AI dövründə stablecoin istifadəsinə həsr olunmuş görüş keçiriləcək

21-04-2026

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018

Yerli biznes qurumlarında blokçeyndən istifadə müzakirə olundu

28-06-2018

Blockchain sahəsində aparılan işlər müzakirə edilib

08-02-2019

Jurnalistlər üçün Blokçeyn təlimi keçirildi

27-06-2018

Bakıda Bitcoin Pizza Day keçirilib-Foto

23-05-2018

Bakıda Blockchain Bitcoin Conference Baku tədbiri keçiriləcək

07-08-2018

Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

23-05-2025

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024

Blokçeyn Azərbaycan Mərkəzinin toplantısı keçirilib.

07-06-2018

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

“Blokçeyn Təlim Mərkəzi”ndə “CryptoA2Z” təlim proqramı keçirilib

28-04-2025

“Youth Cyber Forum” keçirilib

25-02-2026

Azərbaycan Blokçeyin Mərkəzi yaradılıb

09-04-2018

Özbəkistan blockchain və kriptovalyutaları leqallaşdırdı

11-07-2018

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018

Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14-04-2025

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025

FIDO2 və Passkey Texnologiyalarına həsr olunmuş seminar keçirilib

26-12-2025

Universitetlər Blockchain təhsili verəcək

09-07-2018

Blockchain Azərbaycan konfransı keçiriləcək

19-11-2018

Bitcoin Pizza Day-də maraqlı təqdimatlar olacaq

16-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə